Xəbər verdiyimiz kimi, Saray qəsəbəsində ağır yol qəzası baş verib.
Gündəm24.az News24.az-a istinadən xəbər verir ki, Qubadlı rayon sakini Cavad Babayevin idarə etdiyi “Chevrolet” markalı minik avtomobili “Man” markalı yük maşınına çırpılıb.
Nəticədə 1998-ci il təvəllüdlü C.Babayev aldığı xəsarətlərdən vəfat edib.
Vəfat edən gəncin fotosunu təqdim edirik.















