Bazar, Oktyabr 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda iş rejimi dəyişəcək? – 4 gün iş 3 gün istirahət

07/10/2026 16:13
CƏMİYYƏT, Manşet
783 59
Azərbaycanda iş rejimi dəyişəcək? – 4 gün iş 3 gün istirahət
697
Paylaşım sayı
968
Baxış sayı

Dünyada 4 günlük iş həftəsinə keçidlə bağlı müzakirələr davam edir. Bu modelin tərəfdarları daha çox istirahətin işçinin məhsuldarlığını artıracağını və şəxsi həyatına müsbət təsir göstərəcəyini düşünürlər. Azərbaycanda isə 4 günlük iş həftəsinin tətbiqi bir sıra suallar yaradır: bütün sahələr üçün bu sistem mümkün olacaqmı, bizneslərin xərcləri artacaqmı və iş yükünün 4 günə sıxışdırılması işçilərə necə təsir edəcək?

Gündəm24.az   xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Əkrəm Həsənov 4 günlük iş həftəsinin hazırkı mərhələdə Azərbaycan üçün uyğun olmadığını bildirib.
“Mən hesab edirəm ki, bu gün 4 günlük iş həftəsi Azərbaycana uyğun deyil. Prinsipcə, dünya ölkələrinin əksəriyyətində də hələlik belə bir sistem yoxdur.
Bizim bazarımızda işçilər əsasən harada işləyirlər? Energetika sahəsi, dövlət qurumları, ticarət və xidmət sahələri. Bunların da çoxunda fasiləsiz iş rejimidir. Hətta bir çoxunda 7 gün iş gedir.
İndi təsəvvür edin ki, bu, ilk növbədə, biznes üçün nə dərəcədə ağır olacaq. Əgər 4 günlük iş həftəsi olsa, fasiləsiz ticarət, xidmət, energetika sahələrində sahibkar məcbur olacaq ki, əməkhaqqı fondunu artırsın. Çünki həmin sahələr 7 gün işləyir. Deməli, bir işçini 4 gündən çox işə çıxara bilmirsə, bu halda sahibkar daha çox işçi işə götürülməlidir.
Bu, indiki Azərbaycanda, işsizliyin, maaşların azlığının və s. olduğu bir şəraitdə əlavə problem yarada bilər. Onsuz da 5 günlük iş rejimində də fəsadlar çoxdur, qanunsuz olaraq işçiləri 5 gündən də çox işlədirlər. Bu da əlavə fəsadlara gətirib çıxaracaq”.
Ə.Həsənov bildirib ki, ola bilər hansısa sahələrdə məhsuldarlıq artsın, amma bu məsələ bütün sahələrə uyğun deyil:
“Bəzi sahələrdə əksinə, ola bilər. Belə olan halda da insanlarda stress halı arta bilər. Yəni insanın 4 gün ərzində çatdırmağa çalışdığı iş yükü onu daha çox yora bilər.
Əslində 4 günlük iş qrafiki informasiya texnologiyaları, maliyyə, məsləhət xidmətləri, dizayn, marketinq, hüquq, mühasibatlıq və digər yaradıcı peşələrdə tətbiq oluna bilər.
Amma dediyim kimi, pərakəndə ticarət, səhiyyə, istehsal, logistika, nəqliyyat kimi sahələrdə 4 günlük iş rejiminin olması mümkün deyil.
Ola bilər ki, bu qrafik insanın şəxsi həyatına yaxşı təsir etsin. Ailə, psixoloji vəziyyətini yaxşılaşdırsın. Əlbəttə, insan nə qədər az işləyirsə, bu, onun üçün daha yaxşı ola bilər. Gündəlik xərcləri də azalda bilər. Amma bütövlükdə, dediyim kimi, bu cür iş qrafiki hələlik Azərbaycan üçün uyğun deyil.

Oxşarxəbərlər

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ
Manşet

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

11/10/2026 11:45
964
Azərbaycanda  Müğənni Əməliyyatdan Sonra VƏFAT ETDİ-FOTO
Manşet

Azərbaycanda Müğənni Əməliyyatdan Sonra VƏFAT ETDİ-FOTO

11/10/2026 10:40
968
Deputatdan hicab AÇIQLAMASI:”Sənəddə konkret qadağa nəzərdə tutulmayıb”
Manşet

Deputatdan hicab AÇIQLAMASI:”Sənəddə konkret qadağa nəzərdə tutulmayıb”

11/10/2026 09:10
970
Ağdamda DƏHŞƏTLİ HADİSƏ: Ər Arvadını BALTALADI — Təfərrüatlar
Manşet

Ağdamda DƏHŞƏTLİ HADİSƏ: Ər Arvadını BALTALADI — Təfərrüatlar

11/10/2026 09:10
963
İlin Sonunadək Bu BÜRCLƏR VƏZİFƏ SAHİBİ Olacaq
Manşet

İlin Sonunadək Bu BÜRCLƏR VƏZİFƏ SAHİBİ Olacaq

11/10/2026 00:47
1k
Maşın Alanlara və Satanlara VACİB XƏBƏR
Manşet

Maşın Alanlara və Satanlara VACİB XƏBƏR

11/10/2026 00:21
981

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

11/10/2026 11:45
964
Azərbaycanda  Müğənni Əməliyyatdan Sonra VƏFAT ETDİ-FOTO

Azərbaycanda Müğənni Əməliyyatdan Sonra VƏFAT ETDİ-FOTO

11/10/2026 10:40
968
Ağdamda DƏHŞƏTLİ HADİSƏ: Ər Arvadını BALTALADI — Təfərrüatlar

Ağdamda DƏHŞƏTLİ HADİSƏ: Ər Arvadını BALTALADI — Təfərrüatlar

11/10/2026 09:10
963
Deputatdan hicab AÇIQLAMASI:”Sənəddə konkret qadağa nəzərdə tutulmayıb”

Deputatdan hicab AÇIQLAMASI:”Sənəddə konkret qadağa nəzərdə tutulmayıb”

11/10/2026 09:10
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
987

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
989

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
979

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
969

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In