Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakı və İrəvan arasında nə gözlənilir? — Liderlərin Bişkek görüşünün siyasi ŞƏRHİ

03/09/2026 13:08
Manşet, Siyasət
820 35
Bakı və İrəvan arasında nə gözlənilir? — Liderlərin Bişkek görüşünün siyasi ŞƏRHİ
707
Paylaşım sayı
982
Baxış sayı

Bişkek görüşü sülh prosesində yeni mərhələ AÇDI: “İrəvan konstitusiya dəyişikliyinə getməlidir” — ŞƏRH

Avqustun 31-də Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilib. Görüşdə liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələri qeyd edərək, bu təmasları müsbət dəyərləndiriblər. Liderlərin bu addımı regionda dayanıqlı sülhün formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Birbaşa dialoq mühiti tərəflər arasında gərginliyi azaltmaqla yanaşı, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün də real zəmin yaradır. Eyni zamanda, sülh prosesinin tam yekunlaşması üçün İrəvanın konstitusiya dəyişikliyi kimi vacib öhdəlikləri icra etməsi əsas şərt olaraq qalır.

Mövzu ilə bağlıOxu24.com-a  açıqlama verən politoloq Tofiq Abbasov Azərbaycan və Ermənistan rəhbərlərinin Bişkek görüşünü və gündəlikdəki əsas məsələləri ətraflı təhlil edib.

O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşü bir daha təsdiqlədi ki, artıq danışıqlar və təmaslar sülh məntiqi ilə yer alır:

“Biz eskalasiyadan və qarşıdurmadan daha da uzaqlaşırıq. Müzakirə obyektləri kimi bir neçə vacib məsələ nəzərdən keçirilib: buraya (TRIP) layihəsində Azərbaycanın iştirakı, mal dövriyyəsinin genişlənməsi, Azərbaycan üzərindən tranzitlərin Ermənistanın tələbatlarını ödəməkdən ötəri yük buraxılışı və Ermənistanın Azərbaycana nə kimi məhsullar vermə ehtimalları daxildir.

Əsas göstərici ondan ibarətdir ki, görüş təkbetək formatda, yəni iki lider arasında, üçüncü tərəfin iştirakı olmadan reallaşıb. Bu da onu göstərir ki, Bakı və İrəvan həqiqətən də yeni müstəviyə qədəm qoyurlar. Bu müstəvi ürəkaçandır, daha etibarlılıq nümunələrini göstərəndir və nəhayət, liderlər arasında bu format daimiliyə doğru hərəkət edir”.

Politoloq qeyd edib ki, Azərbaycan bu proseslərə çoxdan hazır idi. Məhz ikitərəfli formatda görüşlər Bakının həm təkidilə, həm də təsiri altında reallaşdı:

“Biz anlayırdıq ki, üçüncü tərəflərin iştirakı həmişə sağlam nəticə göstəmir. Ona görə də İrəvan nəhayət ki, Azərbaycanı, Bakının səsini eşitdi və indi bizim dediklərimizə riayət edir. Xatırladım ki, ən azı üç meydan var idi: Vaşinqton, Brüssel və Moskva. O meydanların da müzakirəsi artıq gündəmdən çıxıb, necə ki, Minsk qrupunun iştirakı gündəmdən birdefəlik çıxıb getdi. İndi sadəcə boşluqlara yol vermək olmaz, çünki faktiki olaraq Ermənistanda vəziyyət bir qədər təlatümlüdür. Xarici qüvvələrə qulluq edən bəzi partiyalar və onların öncülləri parlamentdə də yer alıblar və çalışırlar ki, sabotaj mexanizmlərini meydana gətirsinlər”.

Onun sözlərinə görə, Azərbaycanda belə əcaib istəklər, faktlar yoxdur. Bu yalnız Ermənistanın daxili ictimai-siyasi həyatına xas olan göstəricidir. Ona görə də indi bir çox şeylər Nikol Paşinyanın özünün şəxsən mövqeyindən asılı olacaq.

“Biz Bişkekdə gördük ki, Ermənistan nümayəndələrinin xarici görünüşündə də özünəməxsus bir məmnunluq göstəriciləri var idi və yavaş-yavaş o buzlar əriməlidir. Təbii ki, Ermənistan xalqı da son parlament seçkilərində bildirdi ki, onlar sülhə ‘hə’ deyirlər, müharibəyə ‘yox’. İndi o ‘müharibəyə yox’ mövqeyini ‘sülhə hə’ səviyyəsinə gətirib çıxarmaq lazımdır ki, bu Ermənistana Azərbaycandan daha çox vacibdir və lazımdır”.

Tofiq Abbasov hesab edir ki, artıq magistral yol var. İkinci narahatlıq doğuran məqam odur ki, Ermənistan gedə-gedə silahlanır. O bildirib ki, burada Hindistanın və Fransanın mürtəce rolu var:

“Bişkekdə Prezident İlham Əliyevlə Hindistanın baş naziri Narendra Modi arasında hansı məqamlar müzakirə obyekti kimi nəzərdən keçirildiyini hazırda bilmirik, ama hər halda Hindistan da anlamalıdır ki, Cənubi Qafqazın əsas dövləti Azərbaycandır. Onun ictimai-siyasi, sosial, mədəni mənzərəsini məhz Azərbaycan formalaşdırır. Biz bütün göstəricilərimizə görə həm Gürcüstandan, həm də Ermənistandan güclüyük. Şanxay Əməkdaşlıq Təşkilatının ŞƏT sammitindəki müzakirələr və digər kontekstlər hamısı Azərbaycanın xarici siyasətinə uyğundur. Rəsmi Bakı çoxdan lazımi tədbirləri görüb ki, inteqrasiyanın koridorlar üzrə reallaşması ahəngdar olsun, əyləclər burda işləməsin. Bu baxımdan rəsmi Bakı kifayət qədər diqqət mərkəzindədir”.

Politoloq vurğulayıb ki, Ermənistan gərək yüz  ölçüb bir  biçsin, anlasın ki, Azərbaycan ona dair heç bir məkrli plan işləmir:

“Digər tərəfdən, Ermənistanın ev tapşırıqları var və onların da ən başlıcası Əsas Qanununa — hüquqi sahədə dəyişikliklərin gətirilməsidir ki, Ermənistan bunu mütləq etməlidir. Bu olarsa, yəqin ki, biz ən yaxın zamanda artıq sülh müqaviləsinin də imzalanmasının şahidi olacağıq.

Azərbaycan bu prosesdə əlindən gələni edib, hətta lazım olanından da çox edib”.

“Ermənistan burada gərək ən azı rəsmi Bakının, xüsusilə də Prezident İlham Əliyevin xidmətlərini layiqincə dəyərləndirsin. Anlasınlar ki, Azərbaycan onlar xainlik etməyib, onlar bizə xainlik ediblər. Qarabağda erməni azlığı qalsaydı, əllərinə silah almayıb Azərbaycan qanunlarına qarşı çıxmasaydılar, Azərbaycan onlar üçün yaşamaq şəraiti yaradacaqdı. Beləliklə, proseslər artıq öz axarı ilə gedir və burda pauzaların yaranmasına imkan vermək olmaz. Yeni təşəbbüslərə böyük ehtiyac var”,- deyə T.Abbasov əlavə edib.

Oxşarxəbərlər

Saat 10:00-dan işıq olmayacaq – bu ərazilərdə
CƏMİYYƏT

Saat 10:00-dan işıq olmayacaq – bu ərazilərdə

20/10/2026 00:54
956
Çindən şok açıqlama: Kim Çen öldü – 9 min hərbçi yeridildi
Dünya

Çindən şok açıqlama: Kim Çen öldü – 9 min hərbçi yeridildi

20/10/2026 00:02
955
Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir
Dünya

Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir

19/10/2026 23:47
956
Gec varlansa da, böyük sərvət qazanan 4 bürc
Manşet

Gec varlansa da, böyük sərvət qazanan 4 bürc

19/10/2026 23:07
954
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Manşet

İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

19/10/2026 21:57
957
Sabah 17:00-dan başlayır – Hər kəsə elan edildi
CƏMİYYƏT

Sabah 17:00-dan başlayır – Hər kəsə elan edildi

19/10/2026 21:51
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Saat 10:00-dan işıq olmayacaq – bu ərazilərdə

Saat 10:00-dan işıq olmayacaq – bu ərazilərdə

20/10/2026 00:54
956
Çindən şok açıqlama: Kim Çen öldü – 9 min hərbçi yeridildi

Çindən şok açıqlama: Kim Çen öldü – 9 min hərbçi yeridildi

20/10/2026 00:02
955
Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir

Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir

19/10/2026 23:47
956
Gec varlansa da, böyük sərvət qazanan 4 bürc

Gec varlansa da, böyük sərvət qazanan 4 bürc

19/10/2026 23:07
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
979

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
998

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
1k

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.