Cümə, Sentyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Bank Respublika” “AccessBank”ı alır – YENİLƏNİB

11/09/2026 15:24
İqtisadiyyat, Manşet
827 8
“Bank Respublika” “AccessBank”ı alır – YENİLƏNİB
691
Paylaşım sayı
960
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

“Bank Respublika” sözügedən proseslə bağlı açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik:

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarları Bank Respublikanın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək Bank Respublikanın səhmdarlarına çevriləcəklər.

Səhmlərin satın alınması başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək. Hər iki bank dayanıqlığı ilə seçilən ölkənin aparıcı banklarındandır. Planlaşdırılan birləşmə səhmdarların bankların gələcək böyüməsini və inkişafını dəstəkləmək məqsədilə qəbul etdikləri birgə biznes qərarını əks etdirir.

Bank Respublika və AccessBank oxşar korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Hər iki bank Azərbaycanın bütün bölgələrində mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsinə xüsusi diqqət yetirir. Bu əqd nəticəsində daha geniş fəaliyyət miqyasına, daha güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik, müştərilərinə daha geniş imkanlar təqdim edən maliyyə institutu formalaşacaq. Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.

Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:

“Bu əqd Bank Respublika-nın inkişafında yeni və mühüm mərhələnin başlanğıcı olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, eləcə də onun sahibkarlığa və özəl sektorun inkişafına göstərdiyi güclü və ardıcıl dəstəyi əks etdirir.

Bu mühüm mərhələyə aparan uzun və mürəkkəb proses boyunca göstərdiyi davamlı dəstəyə və konstruktiv əməkdaşlığa görə Azərbaycan Respublikasının Mərkəzi Bankına da dərin minnətdarlığımızı bildiririk.

Beynəlxalq maliyyə institutları uzun illərdir ki, Bank Respublikanın mühüm tərəfdaşlarıdır və maliyyələşdirmə, ekspert dəstəyi və sıx əməkdaşlıq vasitəsilə inkişafımıza töhfə verirlər. İnkişafımızın növbəti mərhələsində aparıcı beynəlxalq maliyyə institutlarının Bank Respublikanın səhmdarlarına çevrilməsi və bununla da uzunmüddətli münasibətlərimizin yeni tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bizi xüsusilə məmnun edir.”

AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk bildirib:

“Hələ 2018–2019-cu illərdə AccessBank-ın beynəlxalq institusional kreditorları Bankın uğurlu restrukturizasiyası və yenidən kapitallaşdırılması üçün səylərini birləşdirmişdilər. Asiya İnkişaf Bankının (ADB) və responsAbility-nin rəhbərliyi ilə həyata keçirilən restrukturizasiya nəticəsində institusional kreditorlar Bankın yeni səhmdarlarına çevrilmiş, Bankın korporativ idarəetməsi gücləndirilmiş, fəaliyyətinin hərtərəfli yenidən təşkili və təkmilləşdirilməsi dəstəklənmişdir.

Həmin dövrdən etibarən AccessBank Azərbaycanın bank sektorunun inkişafına, eləcə də ölkə üzrə sahibkarların və müəssisələrin maliyyələşdirilməsinə mühüm töhfə verən, yüksək nəticələr göstərən, güclü və səmərəli idarə olunan maliyyə institutuna çevrilmişdir.

Bu gün həmin inkişaf yolunda növbəti mühüm mərhələyə qədəm qoyuruq. Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafına uzunmüddətli sadiqliyini qoruyaraq, AccessBank-ın beynəlxalq səhmdarları Bankın inkişafının növbəti mərhələsini ölkənin aparıcı maliyyə institutlarından biri olan Bank Respublikaya etibar edirlər. Bir-birini tamamlayan iki güclü bankın birləşdirilməsi gələcək artım, fəaliyyət miqyasının genişlənməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradır.

Bu mühüm mərhələyə çatmaq AccessBank və onun səhmdarlarının, Bank Respublika və onun səhmdarlarının, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının ortaq baxışı, qətiyyəti və sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Həmçinin, fədakarlıqları və peşəkarlıqları ilə Bankın uğurlu transformasiyasında həlledici rol oynamış AccessBank rəhbərliyinə və əməkdaşlarına səmimi minnətdarlığımı bildirmək istərdim.”

Satınalma və birləşmə prosesinin gedişi barədə ictimaiyyətə, hər iki bankın müştərilərinə, tərəfdaşlarına və digər maraqlı tərəflərə mütəmadi məlumat veriləcək.

13.20

“Bank Respublika” ASC “AccessBank” QSC-ni alır.

Bank sektorundakı mənbənin AFN.az-a verdiyi məlumata görə, iki bank arasında bununla bağlı proses artıq yekun mərhələsindədir. Sövdələşmənin hansı formada həyata keçirildiyi – səhmlərin əldə edilməsi, nəzarət paketinin alınması və ya bankların yenidən təşkili yolu ilə baş tutacağı hələlik açıqlanmayıb.

Məlumata əsasən, prosesin tamamlanması ilə “Bank Respublika”nın “AccessBank” üzərində nəzarəti əldə etməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanda banklar arasında belə əməliyyatlar müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir və bir sıra hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankının razılığı tələb olunur.

Xəbər “AccessBank” tərəfindən təsdiqlənib. Daha geniş məlumat bankın açıqlamasında olacaq.

Oxşarxəbərlər

Afra Saraçoğlu saxlanıldı
Manşet

Afra Saraçoğlu saxlanıldı

18/09/2026 11:43
951
Elariz oğlu və nəvəsi ilə – Foto
Manşet

Elariz oğlu və nəvəsi ilə – Foto

18/09/2026 10:57
951
Paşinyan Əliyevə bu VƏDİ də verdi – Bakıdan REAKSİYA
Manşet

Paşinyan Əliyevə bu VƏDİ də verdi – Bakıdan REAKSİYA

18/09/2026 10:50
955
Türkiyədə ŞOK ƏMƏLİYYAT: Aras Bulut da HƏBS OLUNDU
Manşet

Türkiyədə ŞOK ƏMƏLİYYAT: Aras Bulut da HƏBS OLUNDU

18/09/2026 10:41
954
TƏCİLİ! DTX əməliyyat keçirdi – Xeyli sayda saxlanılan var
CƏMİYYƏT

TƏCİLİ! DTX əməliyyat keçirdi – Xeyli sayda saxlanılan var

18/09/2026 10:20
957
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü
Dünya

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yeniyetməni döyüb başı üstə yerə çırpdılar – Lənkəranda DƏHŞƏT

Yeniyetməni döyüb başı üstə yerə çırpdılar – Lənkəranda DƏHŞƏT

18/09/2026 11:45
951
Afra Saraçoğlu saxlanıldı

Afra Saraçoğlu saxlanıldı

18/09/2026 11:43
951
İlk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev VƏFAT ETDİ

İlk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev VƏFAT ETDİ

18/09/2026 11:39
951
Nigar Fərhad haqda – Qərar

Nigar Fərhad haqda – Qərar

18/09/2026 11:33
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
952

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
954

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
959

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.