Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

BMT-yə Qarabağ dərsi: İlham Əliyev Bişkekdə beynəlxalq sistemin əsas problemini göstərdi

01/09/2026 18:25
Manşet, Siyasət
826 8
BMT-yə Qarabağ dərsi: İlham Əliyev Bişkekdə beynəlxalq sistemin əsas problemini göstərdi
690
Paylaşım sayı
959
Baxış sayı

“Sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən “ŞƏT plyus” formatındakı görüş Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin dərinləşməsi baxımından yeni bir mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin “Irıs Ordo” Konqres Mərkəzində etdiyi çıxış həm regional təhlükəsizlik, həm də çoxtərəfli diplomatiya müstəvisində Azərbaycanın artan çəkisini bir daha nümayiş etdirdi”.

Bu fikirləri Musavat.com-a Azərbaycan parlamentinin üzvü Naqif Həmzəyev bildirib.

NAQİF.jpg (102 KB)

Qanunverici orqanın təmsilçisi daha sonra bunları deyib:

“Dövlətimizin başçısı çıxışına Qırğız Prezidenti Sadır Japarova dəvət və qonaqpərvərliyə görə minnətdarlıqla başlayaraq, iki ölkə arasındakı münasibətlərin “qardaşlıq” səviyyəsini vurğuladı. Xüsusilə diqqətçəkən məqam bir ay öncə imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqavilə oldu. Bu sənəd Azərbaycan-Qırğızıstan əlaqələrini formal tərəfdaşlıqdan strateji müttəfiqliyə qədər yüksəltdi. Prezident İlham Əliyev bunu “tarixi sənəd” adlandıraraq, ikitərəfli münasibətlərin institusional əsaslarının möhkəmləndiyini vurğuladı. Bundan əlavə, Azərbaycan lideri Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini təbrik edərək, bunu beynəlxalq ictimaiyyətin Bişkekin siyasi kursuna göstərdiyi etimadın göstəricisi kimi dəyərləndirdi. Bu, eyni zamanda Azərbaycanın regional tərəfdaşlarının uğurlarını öz diplomatik gündəliyinin bir hissəsi kimi təqdim etmə strategiyasını əks etdirir”.

Deputat qeyd edib ki, çıxışın mərkəzi mesajlarından biri Azərbaycan-Ermənistan sülh prosesi oldu:

“Prezident İlham Əliyev bildirdi ki, bir ildən artıq müddət əvvəl paraflanan sülh sazişi mətni 30 illik münaqişəyə son qoyub və nəticədə çoxillik gərginlik ocağı olan Cənubi Qafqaz bölgəsi tədricən sülh zonasına çevrilir. Bu tezis təkcə diplomatik nailiyyətin bəyanı deyil, həm də Azərbaycanın özünü regionun sabitlik təminatçısı kimi təqdim etməsidir. Xüsusilə vurğulanan məqam BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin 30 il sonra, məhz Azərbaycanın öz gücü ilə icra olunması oldu. Prezident bunu iki mənada şərh etdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini heç bir xarici qüvvənin köməyi olmadan bərpa edib. BMT-nin bu prosesdə rəsmi rolunun olmaması təşkilatın münaqişə həllindəki effektivliyinə dair ciddi sual doğurur”.

Müsahibimiz diqqətə çatdırıb ki, Prezidentin haqlı tənqidləri Azərbaycanın beynəlxalq təsisatlara qarşı prinsipial, lakin tənqidi mövqeyini əks etdirir:

“Dövlət başçısı BMT-dən qətnamələrin icrası üçün konkret mexanizmlərin yaradılmasını tələb etməklə, təşkilatın gələcəkdə daha nüfuzlu olması üçün struktur islahat çağırışı etdi. Eyni zamanda Prezident İlham Əliyev Ermənistanla iqtisadi əməkdaşlığın genişləndiyini, neft məhsulları tədarükü, üçüncü ölkələrin tranzit yüklərinin daşınması, ticarət dövriyyəsinin artırılması və yeni nəqliyyat dəhlizlərinin yaradılması istiqamətindəki işləri diqqətə çatdıraraq, hərbi qələbədən sonrakı mərhələdə Azərbaycanın konstruktiv, iqtisadi əməkdaşlığa əsaslanan sülh siyasətini nümayiş etdirdi. Çıxışın yekun hissəsində Prezident İlham Əliyev Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdiyini xatırladaraq, ölkənin çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə davamlı töhfə verəcəyini bəyan etdi. Bu mesaj Qırğız Prezidenti Sadır Japarovun cavab nitqində birbaşa dəstəklənərək, “geniş dialoqun ədalətli, çoxqütblü dünyanın formalaşdırılması üçün zəruriliyi” vurğulandı”.

N.Həmzəyevin sözlərinə görə, Prezident İlham Əliyevin Bişkekdəki çıxış göstərir ki, Azərbaycan “ŞƏT plyus” formatını yalnız simvolik iştirak məkanı kimi deyil, həm regional təhlükəsizlik strukturunu formalaşdıran, həm də beynəlxalq təsisatların islahatı barədə prinsipial mövqe nümayiş etdirən platforma kimi dəyərləndirir:

“Qırğızıstanla müttəfiqlik səviyyəsinə yüksəldilmiş münasibətlər, Qarabağ məsələsinin həllindən sonra qazanılmış diplomatik nüfuz və Qoşulmama Hərəkatındakı təcrübə Azərbaycana ŞƏT məkanında getdikcə daha aktiv və tanınan tərəf kimi çıxış etmək imkanı verir. Bu kontekstdə Bişkek görüşü Azərbaycanın Mərkəzi Asiya və geniş Avrasiya məkanındakı diplomatik iştirakının davamlı və sistemli xarakter aldığını bir daha təsdiqlədi”.

Oxşarxəbərlər

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək
CƏMİYYƏT

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək

20/10/2026 12:29
953
Rəis qəfil vəfat etdi – FOTO
Hadisə

Rəis qəfil vəfat etdi – FOTO

20/10/2026 11:39
962
Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”
Elm və təhsil

Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

20/10/2026 11:10
958
Respublika Psixiatriya xəstəxanasında ölüm…
Hadisə

Respublika Psixiatriya xəstəxanasında ölüm…

20/10/2026 11:01
960
Ağır yol qəzası: ölən və yaralanan var
Hadisə

Ağır yol qəzası: ölən və yaralanan var

20/10/2026 10:27
953
Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?
CƏMİYYƏT

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

20/10/2026 10:12
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək

20/10/2026 12:29
953
Rəis qəfil vəfat etdi – FOTO

Rəis qəfil vəfat etdi – FOTO

20/10/2026 11:39
962
Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

20/10/2026 11:10
958
Respublika Psixiatriya xəstəxanasında ölüm…

Respublika Psixiatriya xəstəxanasında ölüm…

20/10/2026 11:01
960

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
957

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
980

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
998

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.