Bazar ertəsi, İyul 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir” – Gizli oğul qalmaqalı böyüyür

28/10/2025 15:02
Manşet
47 3
“Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir” – Gizli oğul qalmaqalı böyüyür
63
Baxış sayı

“Mənim şəxsi həyatımın indi gedən proseslərə nə dəxli var ki. Bu, mənim şəxsi həyatımdır. Nikahdankənar oğlumun olduğunu danmıram. Sözünü hər zaman düz deyən və ləyaqətini gözləyən bir kişi kimi demişəm ki, bəli, mənim belə romanım olub və bundan bir uşaq doğulub. Bu məsələnin mənim yoldaşımdan başqa heç kimə dəxli yoxdur. O da bu məsələni bilir, ona bunu mən özüm demişəm”.

Gündəm24.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı nikahdankənar oğlunun olması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

O bildirib ki, bu əhvalata görə həyat yoldaşından zamanında üzr istəyib və xanımı onu bağışlayıb:

“Bu hadisədən sonra həyat yoldaşımla 40 il bərabər ömür sürmüşük. Bu xəbərlərdən Ramiz Mehdiyevin iyrənc üfunətinin iyi gəlir. Düşünürəm ki, belə məlumat sızmalarının arxasında Ramiz Mehdiyev dayanır. Məni nə bu, nə də bundan betər başqa bir əhvalat yolumdan döndərəcək. Mən Ramiz Mehdiyevə 25 il bundan öncə xain, şərəfsiz demişəm. O, Azərbaycan xalqının, müstəqilliyinin düşmənidir. Bu əhvalatı üzə çıxarmaqla, haqqımda məlumat sızdırmaqla, yazılar yazdırmaqla susdurmaq xəyalı yaşayan Ramiz Mehdiyevin xəyalı ürəyində qalacaq. Məgər bu qisasdır? Kişinin kişi ilə mübarizəsinin də bir xətti, motivi olar.

Ramiz Mehdiyev, mən bir dəfə də olsun sənin şəxsi həyatına müdaxilə etmişəm? Heç etmərəm də. Heç kimin şəxsi həyatına ömür boyu müdaxilə etmərəm. Azərbaycan vətəndaşının şəxsi həyatı dövlətin qanunları ilə qorunur. 1987-ci ildə oğlum İlqarın anası ilə tanış olanda mən siyasətdə deyildim. Sovet hökumətinin yaşayan dövrü idi. Mən o qadınla bir roman yaşadım. 40 ildən sonra bunu üzə çıxarmaq ayıbdır. Bu məlumatı mətbuata verən də ən şərəfsiz adamdır. Mən belə adamlarla mübarizə aparmıram.

Əgər mənim bir qadınla münasibətim olubsa və oğlum doğulubsa, onu niyə gizlədim ki? Şəxsi həyatımın kimə dəxli var? Mənim baxışlarımı, siyasətlə bağlı fikirlərimi müzakirə etsinlər. 40 il bundan öncə yaşananları üzə çıxarmağın nə mənası var? Mən zamanında o uşağa qayğımı göstərmişəm. 10-15 ildir ki, nə onunla, nə də anası ilə əlaqəm var. Ehtiyac duyub mənimlə əlaqə saxlamırlar, mən də onlarla əlaqə saxlamıram”.

Qeyd edək ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının nikahdankənar oğlunun olduğu üzə çıxıb. Oxu24.com saytının özəl mənbədən əldə etdiyi məlumata görə, həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğludur. Ailədə onu daha çox Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb. Almaniyadakı mənbənin sayta verdiyi məlumata görə, İlqarın anası rus əsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.

Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı bu məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sankt-Peterburq şəhərinə göndərib.

CityPost.az saytının yazdığına görə, ana və övlad uzun müddət orada yaşadıqdan sonra İlqarın təhsil alması məqsədi ilə Almaniyaya köçüblər. Son illər orada yaşayırlar. İlqar Ağamalıyev hazırda biznes fəaliyyəti ilə məşğuldur.

Oxşarxəbərlər

İlham Əliyev Sərəncam İMZALADI
Manşet

İlham Əliyev Sərəncam İMZALADI

25/07/2026 14:13
51
Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR
CƏMİYYƏT

Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

24/07/2026 15:51
95
İlham Əliyev bu ölkələrə yeni səfir təyin etdi (SƏRƏNCAM)
Manşet

İlham Əliyev bu ölkələrə yeni səfir təyin etdi (SƏRƏNCAM)

24/07/2026 13:53
72
Bu sənəd artıq elektron formada VERİLƏCƏK
Manşet

Bu sənəd artıq elektron formada VERİLƏCƏK

24/07/2026 13:44
71
İlham Əliyev FƏRMAN İMZALADI
Manşet

İlham Əliyev FƏRMAN İMZALADI

24/07/2026 13:39
62
Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi
Manşet

Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

24/07/2026 09:44
66

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Qonşu ölkədə ZƏLZƏLƏ OLDU

Qonşu ölkədə ZƏLZƏLƏ OLDU

25/07/2026 21:41
53
Bu ərazilərə yağış yağacaq

Bu ərazilərə yağış yağacaq

25/07/2026 21:19
53
Bu şəxslərdən sürücülük vəsiqəsi TƏLƏB EDİLƏCƏK

Bu şəxslərdən sürücülük vəsiqəsi TƏLƏB EDİLƏCƏK

25/07/2026 21:07
53
Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

25/07/2026 20:57
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

24/07/2026 15:51
95

Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

24/07/2026 09:44
66

“Su axar çuxurunu tapar” deyiblər… Burada isə hamam suyunun ünvanı qonşunun evidir!-VİDEO

“Su axar çuxurunu tapar” deyiblər… Burada isə hamam suyunun ünvanı qonşunun evidir!-VİDEO

23/07/2026 20:11
74

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

23/07/2026 19:08
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.