Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Gündəm24.az fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1954 (Cild I); 2024, № 3, maddə 257, № 5 (I kitab), maddə 529; 2025, № 2, maddə 119) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 3.0.100-cü yarımbəndə “qurumların və” sözlərindən sonra “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallar istisna olmaqla” sözləri əlavə edilsin.
2. 5.5.5-ci yarımbəndə “qurumlar” sözündən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallar” sözləri əlavə edilsin.














