Bazar, Noyabr 8, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu rayonda torpaq kəskin bahalaşdı — Səbəb

07/10/2026 18:39
CƏMİYYƏT, Manşet
815 17
Bu rayonda torpaq kəskin bahalaşdı — Səbəb
688
Paylaşım sayı
956
Baxış sayı

Ələtdə torpaq sahələrinin qiyməti son illərdə ərazinin strateji əhəmiyyətinin artması fonunda yüksəlir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və əsas nəqliyyat dəhlizlərinə yaxınlıq torpağa tələbatı artıran əsas amillər sırasında göstərilir. Ərazidə infrastruktur layihələrinin genişlənməsi və biznes aktivliyinin artması fonunda torpaq qiymətlərinin gələcəkdə necə dəyişəcəyi də maraq doğurur.

Bəs Ələtdə torpağın bahalaşmasının əsas səbəbi nədir və bu ərazilərdə qiymət artımı davam edə bilərmi?
Gündəm24.az  xəbər verir ki, Demokrat.az-a açıqlamasında əmlak eksperti Anar Nəsirov dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əmlak bazarının tələb və təklif prinsipi ilə işlədiyini bildirib:
Bu rayonda torpaq kəskin bahalaşdı — Səbəb
Onun sözlərinə görə, tələb çox olduqda qiymətlər yuxarı qalxır, təklif çox olduqda isə satıcılar arasında yaranan rəqabət nəticəsində qiymətlər aşağı düşür:
“Ələt qəsəbəsində Azad İqtisadi Zonasının yaradılması məhz torpaqların qiymətlərinin yuxarı qalxmasına səbəb olub. Belə ki, burada dəniz limanının açılması, təyyarə meydançasının yaradılması və logistikanın, yəni yerüstü daşımaların planlaşdırılması Ələt qəsəbəsinə olan marağı daha da artırıb. Əvvəllər bu əraziyə çox maraq göstərilməsə də, Azad İqtisadi Zonasının yaradılmasından sonra istər xarici və yerli investorların, istərsə də həmin zonaya yaxın yaşamaq istəyən vətəndaşların marağı artıb. Bununla yanaşı, Azad İqtisadi Zonasında gələcəkdə daha çox iş yerinin yaradılması və iş imkanlarının artması yerli vətəndaşların da diqqətini cəlb edir. Həmin zonaya yaxın ərazilərdə yaşamaq və orada işlə təmin olunmaq imkanının yaranması ev və torpaq almaq istəyənlərin sayını artırır. Vətəndaşlar torpaq alaraq ev tikməyə, ticarətlə məşğul olmağa və ya hər hansı biznes fəaliyyəti göstərməyə maraq göstərirlər. Ələt Azad İqtisadi Zonasının yaranması istər xarici, istər yerli investorların diqqət mərkəzindədir. Bu səbəbdən də Ələt qəsəbəsində torpaqların qiymətlərində yüksəliş baş verib”.
Ekspert əlavə edib ki, ərazidə zavodlar, fabriklər və istehsal müəssisələrinin fəaliyyət göstərməsi də torpağa marağı artıracaq:
“Bu fəaliyyət nəticəsində həmin sexlərdə, zavodlarda və fabriklərdə işləmək üçün işçi qüvvəsinə tələbatın artacağı gözlənilir. Bu da xüsusən yerli vətəndaşların diqqət mərkəzindədir. Burada yaxın yaşamaqla həmin iqtisadi zonada işlə təmin olunmaq imkanının olması insanları bu ərazilərdə torpaq almağa və gələcəkdə ev tikməyə sövq edir.
Məhz bu nöqteyi-nəzərdən istər iş adamları, istər yerli və xarici investorlar, istərsə də sadə vətəndaşlar burada torpaq almağa, gələcəkdə ev tikməyə, ticarətlə məşğul olmağa və ya hər hansı biznes fəaliyyəti göstərməyə olduqca maraqlıdırlar. Bu artan tələbatın nəticəsində isə qiymətlərin yuxarı qalxması qaçılmaz olur. Ələt qəsəbəsində dəniz limanı, magistral və hava limanları yer alacaq. Ərazidə Azad İqtisadi Zona çərçivəsində fabriklər, zavodlar və istehsal müəssisələri fəaliyyət göstərəcək. Bu baxımdan hesab edirəm ki, əraziyə tələbat daha da artacaq və Ələt yerli və xarici investorların diqqət mərkəzində qalacaq”.

Oxşarxəbərlər

Hərbi xidmətlə bağlı YENİLİK: 2 İL…
Hərbi

Hərbi xidmətlə bağlı YENİLİK: 2 İL…

03/11/2026 12:41
969
Milli Məclisdə pensiyalarla BAĞLI QƏRAR
CƏMİYYƏT

Milli Məclisdə pensiyalarla BAĞLI QƏRAR

03/11/2026 12:38
967
Yenidən Ombudsman seçildi
Manşet

Yenidən Ombudsman seçildi

03/11/2026 12:13
960
İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Manşet

İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

03/11/2026 11:37
963
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Manşet

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

03/11/2026 11:22
962
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Zəfər Günü münasibətilə təbrik etdi
Manşet

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Zəfər Günü münasibətilə təbrik etdi

03/11/2026 11:10
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hərbi xidmətlə bağlı YENİLİK: 2 İL…

Hərbi xidmətlə bağlı YENİLİK: 2 İL…

03/11/2026 12:41
969
Milli Məclisdə pensiyalarla BAĞLI QƏRAR

Milli Məclisdə pensiyalarla BAĞLI QƏRAR

03/11/2026 12:38
967
Yenidən Ombudsman seçildi

Yenidən Ombudsman seçildi

03/11/2026 12:13
960
İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

03/11/2026 11:37
963

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Gülablı kəndi – tarixi mənbələrdə iz qoyan qədim yurd

Qərbi Azərbaycanın Gülablı kəndi – tarixi mənbələrdə iz qoyan qədim yurd

03/11/2026 08:33
968

Zəngəzur mahalının Acıbac kəndi – Qərbi Azərbaycanın tarixi yurdlarından biri

Zəngəzur mahalının Acıbac kəndi – Qərbi Azərbaycanın tarixi yurdlarından biri

02/11/2026 08:32
964

Qırxbulaq mahalının Civriş kəndi – Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Qırxbulaq mahalının Civriş kəndi – Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

30/10/2026 08:52
964

Sumqayıtda “Qərbi Azərbaycan abidələri uşaqların gözü ilə” müsabiqəsi keçirilib-FOTOLAR

Sumqayıtda “Qərbi Azərbaycan abidələri uşaqların gözü ilə” müsabiqəsi keçirilib-FOTOLAR

29/10/2026 19:03
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.