Şənbə, Aprel 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Gələcəyə strateji baxış üzərində qurulan əməkdaşlıq

19/12/2025 11:18
Manşet, Siyasət
47 3
Gələcəyə strateji baxış üzərində qurulan əməkdaşlıq
63
Baxış sayı

Azərbaycan bütün ölkələrlə həm ikitərəfli münasibətlər əsasında, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. İslam dünyası ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə Azərbaycan-BƏƏ əlaqələri hər zaman müsbət inkişaf dinamikası ilə diqqət çəkib. Yüksək səviyyəli dialoq mühitində dərinləşən münasibətlər siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahələrində özünü aydın göstərməkdədir. İslam dünyasının zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri BMT-nin, İƏT-nin və digər beynəlxalq təşkilatların toplantılarında daim Azərbaycanın haqq işini müdafiə edib.

Hər iki ölkənin yüksək səviyyəli rəsmiləri səviyyəsində reallaşan müntəzəm qarşılıqlı səfərlər və hökümətlərarası əlaqələr qarşılıqlı əməkdaşlığın yüksələn xətt üzrə inkişafına öz töhfəsini verir. Dövlət başçılarının intensiv təmasları Azərbaycan–BƏƏ münasibətlərinin uzunmüddətli strateji baxış əsasında inkişaf etdiyini təsdiqləyir.

Dekabrın 17-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında son illərdə ardıcıl şəkildə formalaşan strateji tərəfdaşlıq münasibətlərinin məntiqi davamı kimi mühüm siyasi əhəmiyyət daşıyır. Bu səfər təkcə ikitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi baxımından deyil, eyni zamanda, Azərbaycanın Yaxın Şərq və Körfəz regionu ilə əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi kontekstində də xüsusi önəm kəsb edir.

Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Gələcəyin Oyunları 2025” adlı qlobal idman turnirinin açılış mərasimində iştirakı iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı etimadın bariz göstəricisidir.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın əsas sütunlarından biri enerji sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq artıq yalnız ənənəvi neft-qaz sektoru ilə məhdudlaşmır. Bərpaolunan enerji, yaşıl texnologiyalar və dayanıqlı enerji infrastrukturu istiqamətində planlaşdırılan və həyata keçirilən layihələr tərəflərin gələcəyə yönəlik inkişaf prioritetlərinin üst-üstə düşdüyünü nümayiş etdirir. Azərbaycanın yaşıl enerji potensialı və BƏƏ-nin bu sahədə qlobal təcrübəsi əməkdaşlığa yeni keyfiyyət və məzmun gətirir.

Qarşılıqlı investisiya sahəsində əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. BƏƏ üçün Azərbaycan sabit siyasi mühitə, əlverişli investisiya imkanlarına və mühüm tranzit mövqeyinə malik etibarlı tərəfdaş kimi dəyərləndirilir. Nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri BƏƏ şirkətlərinin xüsusi maraq dairəsindədir. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi bu marağı daha da artıraraq ölkəmizin regional iqtisadi proseslərdə rolunu gücləndirir.

Siyasi və diplomatik müstəvidə Bakı ilə Əbu-Dabi arasında tam anlaşma mövcuddur. Hər iki dövlət beynəlxalq münasibətlərdə suverenliyə, ərazi bütövlüyünə, qarşılıqlı hörmətə və praqmatik əməkdaşlığa əsaslanan yanaşmanı bölüşür. Regional və qlobal təhlükəsizlik məsələləri ətrafında aparılan fikir mübadiləsi tərəflərin bir sıra fundamental mövzularda eyni mövqelərdən çıxış etdiyini göstərir.

Postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələri də Azərbaycan–BƏƏ əməkdaşlığı üçün yeni imkanlar açır. Yaşıl enerji zonalarının yaradılması, “ağıllı” şəhər və kənd konsepsiyalarının tətbiqi ilə bağlı aparılan müzakirələr bu əməkdaşlığın konkret və praktik nəticələr verəcəyinə əsaslı zəmin yaradır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycanla BƏƏ arasında siyasi etimad, iqtisadi sinerji və gələcəyə yönəlik strateji baxış üzərində qurulan tərəfdaşlığın uzunmüddətli perspektivlərə malik olduğunu təsdiqləyir.

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı

Oxşarxəbərlər

İlham Əliyevdən Türkiyə səfəri ilə bağlı- Paylaşım
Manşet

İlham Əliyevdən Türkiyə səfəri ilə bağlı- Paylaşım

18/04/2026 12:42
56
Liderlərin səmimi görüşündən- FOTOLAR
Siyasət

Liderlərin səmimi görüşündən- FOTOLAR

17/04/2026 16:59
55
İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılışında
Manşet

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılışında

17/04/2026 16:10
55
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi
Manşet

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59
Azərbaycan XİN Suriyanı təbrik etdi
Siyasət

Azərbaycan XİN Suriyanı təbrik etdi

17/04/2026 10:59
71
Əli Əsədov SƏRƏNCAM İMZALADI
Siyasət

Əli Əsədov SƏRƏNCAM İMZALADI

17/04/2026 10:42
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyədə faciə: Ağaca ildırım düşdü, 2 məktəbli öldü

Türkiyədə faciə: Ağaca ildırım düşdü, 2 məktəbli öldü

18/04/2026 15:24
56
Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

18/04/2026 15:04
53
Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik

Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik

18/04/2026 14:36
73
Fidanla Lavrov Antalyada müzakirə apardı

Fidanla Lavrov Antalyada müzakirə apardı

18/04/2026 14:28
76

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.