Cümə, Oktyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“İçərişəhər”-“Həzi Aslanov” metro xəttində birbaşa hərəkət bərpa olunur

23/10/2026 10:57
CƏMİYYƏT, Manşet
803 24
“İçərişəhər”-“Həzi Aslanov” metro xəttində birbaşa hərəkət bərpa olunur
685
Paylaşım sayı
951
Baxış sayı

Yaxın vaxtlarda “Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına birbaşa getmək mümkün olacaq.

Bu barədə “Report”a səhmdar cəmiyyətindən məlumat verilib.

Başqa sözlə, “Həzi Aslanov-Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq. Nəticədə Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Məlumata əsasən, aparılan kompleks yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 km-ə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.

Gücləndirmə işləri çərçivəsində qrunt, yağıntı və kommunikasiya xətlərindən gələn suların təsirini önləmək üçün 1,5–2 m dərinlikdə məhlulvurma aparılıb, yan və orta divarlar pilləli sökülərək yeni beton konstruksiyalarla əvəzlənib, antikorroziya tədbirləri görülüb. Bakı metropoliteni tarixində ilk dəfə tavanın dözümlülüyünü artırmaq üçün xüsusi sınaqlardan keçmiş karbon lifli materiallardan istifadə olunub, tunel geyiminin arxasında inyeksiya üsulu ilə gücləndirmə aparılıb, divar və tavana mühafizə boyası vurulub.

Yol infrastrukturunda döşəmə örtüyü gücləndirilərək yeni yol yatağı salınıb. Ağac şpallar dəmir-beton bloklu ballastsız yollarla əvəzlənib, 6 yeni yoldəyişdirici qurğu monolit özül üzərində quraşdırılıb. Müasir alüminium əsaslı təmas relsi isə elektrik enerjisinə qənaət etməyə və qulluğu asanlaşdırmağa imkan verir. Eyni zamanda rabitə, elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri tam yenilənib.

Həyata keçirilən bu layihə metropolitenin mühüm istismar sahəsini texniki cəhətdən müasirləşdirməyə, sərnişindaşımanın keyfiyyətini, təhlükəsizliyini və uzunömürlülüyünü təmin etməyə xidmət edir.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.

Oxşarxəbərlər

Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”
Manşet

Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”

23/10/2026 12:10
951
Baş nazirə məktəblərlə bağlı müraciət edildi – Dərs saatı ərzində…
Elm və təhsil

Baş nazirə məktəblərlə bağlı müraciət edildi – Dərs saatı ərzində…

23/10/2026 11:52
952
Nazirdən sosial ödənişlərlə bağlı sevindirici xəbər
CƏMİYYƏT

Nazirdən sosial ödənişlərlə bağlı sevindirici xəbər

23/10/2026 11:51
954
“Nömrələrin təkrar satışı ilə bağlı yenilik olmalıdır”
CƏMİYYƏT

“Nömrələrin təkrar satışı ilə bağlı yenilik olmalıdır”

23/10/2026 11:47
951
Kartla ödənişə yox deyən obyektləri bu cəza gözləyir
CƏMİYYƏT

Kartla ödənişə yox deyən obyektləri bu cəza gözləyir

23/10/2026 11:33
953
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Manşet

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

23/10/2026 11:12
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”

Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”

23/10/2026 12:10
951
Baş nazirə məktəblərlə bağlı müraciət edildi – Dərs saatı ərzində…

Baş nazirə məktəblərlə bağlı müraciət edildi – Dərs saatı ərzində…

23/10/2026 11:52
952
Nazirdən sosial ödənişlərlə bağlı sevindirici xəbər

Nazirdən sosial ödənişlərlə bağlı sevindirici xəbər

23/10/2026 11:51
954
“Nömrələrin təkrar satışı ilə bağlı yenilik olmalıdır”

“Nömrələrin təkrar satışı ilə bağlı yenilik olmalıdır”

23/10/2026 11:47
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
957

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
960

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
971

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In