Bazar ertəsi, Aprel 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev Ərdoğana məktub ünvanladı

05/02/2026 16:33
Manşet, Siyasət
43 4
İlham Əliyev Ərdoğana məktub ünvanladı
59
Baxış sayı

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Gündəm24.az xəbər verir ki, Türkiyədəki zəlzələnin üçüncü ildönümü ilə bağlı məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.

Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.

Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.

Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.

Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.

Əminəm ki, “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.

Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm”.

Oxşarxəbərlər

XƏBƏRDARLIQ: Bu dondurmaları yeməyin, həyatınız TƏHLÜKƏDƏDİR
Manşet

XƏBƏRDARLIQ: Bu dondurmaları yeməyin, həyatınız TƏHLÜKƏDƏDİR

27/04/2026 17:01
54
Sahibə Qafarova: “MSK ölkənin siyasi sistemində özünəməxsus yer tutur”
Siyasət

Sahibə Qafarova: “MSK ölkənin siyasi sistemində özünəməxsus yer tutur”

27/04/2026 16:53
52
Milli Məclis Prezident İlham Əliyevi təbrik etdi
Manşet

Milli Məclis Prezident İlham Əliyevi təbrik etdi

27/04/2026 13:44
55
Azərbaycan lideri Cənubi Afrika Prezidentini təbrik etdi
Manşet

Azərbaycan lideri Cənubi Afrika Prezidentini təbrik etdi

27/04/2026 11:29
60
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli
Dünya

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
59
TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!
Dünya

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Belə söhbəti heç 1 apreldə də etmək olmaz” – Yusif Ağayevdən sərt sözlər

“Belə söhbəti heç 1 apreldə də etmək olmaz” – Yusif Ağayevdən sərt sözlər

27/04/2026 17:23
51
Türkiyədə 70 kq qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisinə hökm oxundu

Türkiyədə 70 kq qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisinə hökm oxundu

27/04/2026 17:04
52
2 ay əvvəl evlənən qazi faciəvi şəkildə ÖLDÜ – FOTO

2 ay əvvəl evlənən qazi faciəvi şəkildə ÖLDÜ – FOTO

27/04/2026 17:01
51
XƏBƏRDARLIQ: Bu dondurmaları yeməyin, həyatınız TƏHLÜKƏDƏDİR

XƏBƏRDARLIQ: Bu dondurmaları yeməyin, həyatınız TƏHLÜKƏDƏDİR

27/04/2026 17:01
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
59

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In