İranın Tehran əyalətində kafelərdə qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi qadağan edilib.
Gündəm24.az İran mediasına istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin polis rəisi Əli Rafiei bildirib.
Onun sözlərinə görə, kafelər yalnız öz fəaliyyət çərçivəsində işləməlidir:
“Qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi, diceylərin iştirakı və qumar oyunları ilə bağlı fəaliyyətə qadağa qoyulub”.
Əli Rafiei bildirib ki, belə halları törədənlərə qarşı polis tədbirlər görür.\oxu24













