Rusiya prezidentinin 7 oktyabr çərşənbə günü 74 yaşı tamam olacaq.
Gündəm24.az URA.RU-ya istinadən xəbər verir ki,Rusiya Prezidenti Vladimir Putin 7 oktyabrda 74 yaşını qeyd edəcək. Buna baxmayaraq, dövlət başçısı ad günündə işini davam etdirəcək.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin sabah bir sıra beynəlxalq telefon danışıqları aparacaq və digər görüşlərdə iştirak edəcək.
Peskovun sözlərinə görə, prezidentin ad günündə keçiriləcək tədbirlər barədə əlavə məlumat veriləcək.
Sədaqət Həsənova
Gündəm24.az














