Bazar ertəsi, Noyabr 17, 2025
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Moskvadan Ağ Evdəki anlaşmaya “genosid” hədəsi

28/10/2025
Gündəm, Manşet
41 1
Moskvadan Ağ Evdəki anlaşmaya “genosid” hədəsi
53
Baxış sayı

Rusiya XİN rəsmisi Paşinyanı niyə xəyanətkar adlandırdı – şok səbəb; Kreml böyük normallaşma prosesinə qarşı 

Rusiya postsovet ölkələrinə qarşı köhnə imperiya siyasətindən hələ də əl çəkməyib. XİN rəsmisi Mariya Zaxarovanın ötən həftəsonu verdiyi təxribatçı açıqlama bu qənaəti bir daha təsdiqlədi. 

XİN sözçüsü baş nazir Nikol Paşinyan və digər erməni rəsmilərinin uydurma “erməni soyqırımı”nı xarici siyasətin prioritet mövzuları sırasından çıxarmasından güclü sarsıntı keçirdiyini söyləyib, baş naziri və komandasını “xəyanətkar” adlandırıb.

Sitat: “Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün yox olurlar. Çünki onlar müqəddəs saydıqları şeylərə xəyanət edirlər. Baxın, bir çox erməni liderinin və dövlət xadimlərinin təfsirində “erməni soyqırımı” (dırnaqlar bizimdir – red.) ilə bağlı tarixə əsaslanan, toxunulmaz görünən məsələnin qəfildən siyasi amilə çevrilməsi, onların təbirincə, kənara atıla biləcək amilə çevrilməsi məni, sadəcə, sarsıtdı”.

Şübhə yox ki, belə bir açıqlama heç də ermənidən çox erməni olmaq istəyindən qaynaqlanmır. Ermənilər zaman-zaman Rusiyaya, sadəcə, qonşu xalqlara və dövlətlərə, özəlliklə Azərbaycan və Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə ediliblər. Bundan ötrü də Türk xofu, Türkə nifrət daim “zəruri şiddətdə” saxlanmalıdır.

Həqiqət həmçinin ondan ibarətdir ki, əsrin bu böyük yalanına ilk dəfə “legitimlik” donunu məhz Rusiya – SSRİ biçib. Aylar öncə baş nazir Nikol Paşinyan bu barədə etiraf da etmişdi. Demişdi ki, erməni xalqı “soyqırımı” mövzusu üzərində bir daha düşünməlidir, çünki bu, xarici güclərin maraqları naminə faktiki ona “sırınmış” bir məsələdir. Yəni necə oldu ki, əsrin əvvəllərində (1915) yaşanmış hadisələr 35 il “soyqırımı” hesab olunmadı və qəflətən, 1950-ci illərdə ortaya “genosid” mövzusu çıxdı?

Tarixçilərin izahı isə belədir: II Dünya müharibəsindən sonra Stalin Türkiyədən onun şərq rayonlarını tələb edib. Ermənilər bu əraziləri hələ də “Qərbi Ermənistan” hesab edir və bu axmaq iddia indiki konstitusiyada da əksini tapıb. Türkiyənin rədd cavabından sonra isə ortaya “erməni soyqırımı” kartı atılıb. Necə ki, qardaş dövlətin ərazi bütövlüyünü uzun illər təhdid eləmiş terrorçu PKK-nı da SSRİ yaratmışdı.

Bu da sirr deyil ki, “soyqırımı” yalanı, Türkə nifrət Kremlin Ermənistanda öz hərbi-siyasi mövcudluğuna davam etməsi üçün əsas ideoloji narrativlərindəndir. Beləcə, şimal qonşumuzun həm də sülhlə bağlı qeyri-səmimiliyi yenə üzə çıxır. Moskva bir yandan guya bölgədə sülh və əməkdaşlığın, sərhədlərin və kommunikasiyaların açılmasının tərəfdarı olduğunu bəyan edir, Türkiyənin də daxil olduğu 3+3 formatının üstünlüyündən danışır, digər yandan da Türkə nifrəti gündəmdə saxlayıb qızışdırmaqla, ermənilərin “yaralı” yerindən basmaqla qonşu xalqlar arasında düşmənçiliyi bitməsinə imkan vermir. Nəhayət, Rusiya bu yolla həm də seçkilər ərəfəsində hakim partiyanın ictimai nüfuzuna zərbə vurmaq, rusiyayönlü qüvvələrin “arqumentlərini” isə gücləndirmək niyyəti güdür. Demək ki, Moskva Bakı ilə İrəvan arasında sülhü müqaviləsinin imzalanmasına da maksimum əngəl olacaq.

Musavat.com-a görə, Mariyanın timsalında Moskvanın bu qədər sərt reaksiya göstərməsinin əsas səbəbi Ermənistanın “soyqırımı” iddialarından imtinasının İrəvanın Türkiyə və Azərbaycanla münasibətlərində normallaşma prosesinə doğru addım kimi dəyərləndirilməsidir. Rusiya uzun illər boyu bu iddialardan regionda ideoloji, siyasi və geosiyasi təsir vasitəsi kimi istifadə edib. Xüsusilə “soyqırımı” narrativi Ermənistan cəmiyyətində Türkiyəyə və Azərbaycanla normallaşmaya qarşı müqavimətin əsas ideoloji dayaqları kimi qorunub saxlanılıb.

Paşinyan isə bir neçə dəfə bəyan edib ki, Ermənistanın “vətənpərvərlik modeli” uzun illər boyu erməni kilsəsi və Kremlin təbliğatı tərəfindən formalaşdırılıb və bu, ölkəni daimi qarşıdurma vəziyyətində saxlayan süni konstruksiyadır. Onun fikrincə, bu model Ermənistanı həm Azərbaycana qarşı ərazi iddialarına sürükləyib, həm də Türkiyə ilə münasibətlərin dondurulmasına səbəb olub. Yeni geosiyasi vəziyyətdə isə Ermənistanın bu xətti davam etdirməsi dövlətçilik üçün ciddi risk yaradır.

Ekspertlərin qənaətinə görə, Moskvanın və erməni kilsəsinin Paşinyana qarşı sərtləşən mövqeyi təsadüfi deyil. “Soyqırımı” iddiasının xarici siyasət prioritetləri sırasında olmaması Rusiyanın bölgədə Ermənistan üzərində qurduğu ideoloji təsir mexanizmlərini zəiflədir. Buna görə də Rusiya ictimai rəyin Paşinyana qarşı çevrilməsi üçün təzyiqi artırmağa çalışır.

Beləliklə, Ermənistan hökumətinin “soyqırımı” mövzusunda atdığı addım yalnız tarixi narrativlə bağlı dəyişiklik deyil, həm də ölkənin gələcək geosiyasi xəttinin müəyyənləşməsi baxımından kritik dönüş nöqtəsi kimi qiymətləndirilir.

Kreml bu qəbil yalan-palanlarla erməni cəmiyyətinin “saqqızını” oğurlaya biləcəkmi? Rusiyanın “genosid” demarşı böyük sülhə nə dərəcədə əngəl yarada bilər? Moskva bununla nə demək istəyir?

Qabil Hüseynli

Professor Qabil Hüseynli hesab edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında bütün problemlərin köklü həllinə həmişə qarşı olub. Onun fikrincə, imperiya maraqları səbəbindən şimal qonşumuz istəyib ki, tərəflər arasında yarımçıq qalan məsələlər olsun. Q. Hüseynlinin sözlərinə görə, saxta soyqırımı mövzusunu gündəmə gətirməklə erməni cəmiyyətini qızışdırırlar: “Çünki Ermənistan həm Türkiyə ilə normallaşma prosesi keçir, həm Azərbaycanla barışıq əldə etməkdədir. Bu yaxınlaşmaya zərər vurmaq üçün uydurma genosid mövzusu dövriyyəyə buraxılıb. Zaxarovanın ağzı ilə danışan Kreml sarayı öz niyyətini açıb-ağardır. Yəni Rusiya normallaşma prosesinə qarşıdır”.

Q.Hüseynli xatırladıb ki, Moskva Qarabağ probleminin də fundamental həllinin əleyhinə olub: “Putin Valday klubunda ermənilərə açıq şəkildə müraciət etdi. Dedi ki, Vaşinqton variantı var və bütün Qarabağın Azərbaycana verilməsini nəzərdə tutur. Əgər erməni xalqı bunu qəbul edirsə, Rusiya hörmətlə yanaşacaq. Bu çıxış erməniləri ayağa qaldırmağa hesablanmış çıxış idi. Bununla demək istəyirdi ki, Qarabağı sizin lideriniz Paşinyan verir, Rusiya buna razı deyil. Yəni etirazlar olarsa, dəstək verə bilərik. Bu bəyanatdan sonra o zaman Xankəndidə Vardanyanın da iştirakı ilə mitinq keçirilmişdi. Ancaq Kreml hədəfinə çatmadı. Bunu yada salmaqda məqsədim odur ki, Rusiya həmişə Azərbaycanla Ermənistanın problemlərinin birdəfəlik həllinə qarşı olub. Bu gün saxta genosid söhbəti də o niyyəti güdür”.

AbzasMedia - Məmur "quş"ları - Samir Əsədli

Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Zaxarovanın Paşinyanı xəyanətdə ittiham etməsini Rusiyanın hiyləgərliyi adlandırır. Onun bildirdiyinə görə, Moskva erməniləri küçələrə çıxarmaq istəyir, lakin buna gücü çatmayacaq: “Paşinyan demək istəyir ki, bizi nağıllarla böyüdüblər. Və bu hadisələri soyqırımı adlandırmaqla qonşularla normal münasibətlər qura bilməmişik. Paşinyan deyir ki, gəlin arxivi açaq, görək nə qədər erməni ölüb. Yəni erməni baş nazir indiki rəqəmlərə şübhə ilə yanaşır. Paşinyan da deyir ki, biz Türkiyə və Azərbaycan olmadan normal dövlət qura, inkişaf edə bilmərik. Ona görə Kreml qəzəblidir ki, Paşinyan onun əlindən bütün rıçaqları almaqdadır”.

S.Əsədliyə görə, Rusiya Ermənistanda çevrilişə nail ola bilməyəcək, Ukraynada itkiləri onu getdikcə zəiflədir və yorur, bu səbəbdən Cənubi Qafqaza təsirləri azalır: “Eyni zamanda sülh prosesinə də əngəl olmağa imkanı yoxdur. Bakı və İrəvan yekun sülh müqaviləsini də imzalayacaq. Erməni cəmiyyəti gələn il növbəti dəfə seçkilərdə seçim edəcək – Paşinyanın, yoxsa Rusiyanın dalınca getsin…”

Oxşarxəbərlər

Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi – FOTO
Gündəm

Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi – FOTO

17/11/2025
50
Mehriban Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım
Gündəm

Mehriban Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım

17/11/2025
50
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Gündəm

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

17/11/2025
54
Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”
Manşet

Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

16/11/2025
52
Ağcabədidə ağır qəza – Sürücü öldü
Gündəm

Ağcabədidə ağır qəza – Sürücü öldü

16/11/2025
52
İlham Əliyevin Özbəkistana səfəri başa çatdı
Gündəm

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı

16/11/2025
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

17/11/2025
50
Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi – FOTO

Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi – FOTO

17/11/2025
50
Mehriban Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım

Mehriban Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım

17/11/2025
50
44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! – Beqoyan

44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! – Beqoyan

17/11/2025
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Dərələyəz-Qərbi Azərbaycanın Ən Qədim Türk Yurdu

Dərələyəz-Qərbi Azərbaycanın Ən Qədim Türk Yurdu

15/11/2025
60

Sumqayıtda “Dürümcü” kafesində yanğın baş verib

Sumqayıtda “Dürümcü” kafesində yanğın baş verib

07/11/2025
57

İşıq saçan ömrün 60 ili-FOTOLAR

İşıq saçan ömrün 60 ili-FOTOLAR

05/11/2025
151

Sumqayıt Muğam Mərkəzində “Birlikdən doğan güc– Qərbi Azərbaycana gedən yol” adlı tədbir keçirilib

Sumqayıt Muğam Mərkəzində “Birlikdən doğan güc– Qərbi Azərbaycana gedən yol” adlı tədbir keçirilib

03/11/2025
116

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.