Ermənistanın Baş naziri Nikol Paşinyanın çimərlik videosu Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb.
Gündəm24.az xəbər verir ki, görüntülər bir sıra siyasətçilər tərəfindən də tənqid edilib.
Məsələn, Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri, “Hayastan” fraksiyasının üzvü Edqar Kazaryan Paşinyanın paylaşımını istehza ilə şərh edib.
“Dünyada göldə və ya dənizdə üzdükdən sonra hamam xalatı geyinən yeganə insandır”, – deyə o vurğulayıb.\Globalinfo.az













