Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevin geri qaytarılıb-qaytarılmayacağı barədə suala konkret cavab verməyib.
Gündəm24.az xəbər verir ki, o, jurnalistlərin məsələ ilə bağlı sualını cavab olaraq yaxın günlərdə brifinq keçirəcəyini deyib.
“Cümə axşamı brifinqimiz var”, – baş nazir qeyd edib.
Jurnalistlər qərarın artıq qəbul edilib-edilmədiyini dəqiqləşdirməyə çalışsalar da, Paşinyan cavab vermədən ərazidən uzaqlaşıb.\oxu24













