Cümə, Oktyabr 2, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident onu “Bakı cəlladı” adlandırdı

02/10/2026 18:24
Manşet, Siyasət
773 58
Prezident onu “Bakı cəlladı” adlandırdı
688
Paylaşım sayı
955
Baxış sayı

“Əslində, Heydər Əliyevdən sonrakı dövrə nəzər saldıqda, – mən 1980-ci illəri nəzərdə tuturam, – hər kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq, fərarilik göstərmişdilər. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdır”.

Gündəm24.az   xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
“Faktiki olaraq müharibə şəraitində olan, yaxud da ki, artıq erməni aqressiyasına düçar olan ölkəni, xalqı başlı-başına buraxıb Bakıdan qaçmışdılar – ikisi Moskvaya, biri Kələkiyə. Dördüncüsü isə, sadəcə olaraq, hələ Ermənistan–Azərbaycan münaqişəsi başlamadan sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad edilmişdir, yəqin ki, buna görə Bakıda qalmışdır. Bax bu, utancverici tarixdir. Məncə, biz bu tarixi heç vaxt silə bilmərik, bunu biz bilirik, gənc nəsil də bilməlidir. Kimlər Azərbaycanı idarə edib və xalqımız hansı fəlakətlərlə üzləşmişdi. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş – 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi.
Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ancaq o vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik – torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür. Neftlə, qazla zəngin olan ölkədə qaz qıtlığı, elektrik enerjisi qıtlığı yaranmışdır. İnflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi. AXC–Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamışdır, qardaş qanı tökmüşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi”, – Prezident bildirib.

Oxşarxəbərlər

“Nikosayağı” övladlarının fotosunu paylaşdı
Manşet

“Nikosayağı” övladlarının fotosunu paylaşdı

02/10/2026 19:18
951
Bizə heç kim kömək etməyib, nə almışıqsa, pulla almışıq – İlham Əliyev
Manşet

Bizə heç kim kömək etməyib, nə almışıqsa, pulla almışıq – İlham Əliyev

02/10/2026 17:41
953
Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq
Manşet

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

02/10/2026 17:28
953
Ermənistanda saxlanılan hərbçimizlə bağlı SENSASİON qərar
CƏMİYYƏT

Ermənistanda saxlanılan hərbçimizlə bağlı SENSASİON qərar

02/10/2026 17:07
955
Paşinyandan ŞOK MƏHKƏMƏ HƏMLƏSİ: “Mən Azərbaycana heç nə verməmişəm, 6 milyon ödəsin”
Manşet

Paşinyandan ŞOK MƏHKƏMƏ HƏMLƏSİ: “Mən Azərbaycana heç nə verməmişəm, 6 milyon ödəsin”

02/10/2026 16:49
968
YAP-da yeni təyinatlar və çıxarılan şəxslər – ADLAR
CƏMİYYƏT

YAP-da yeni təyinatlar və çıxarılan şəxslər – ADLAR

02/10/2026 16:12
960

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Nikosayağı” övladlarının fotosunu paylaşdı

“Nikosayağı” övladlarının fotosunu paylaşdı

02/10/2026 19:18
951
Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm

Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm

02/10/2026 18:42
955
Prezident onu “Bakı cəlladı” adlandırdı

Prezident onu “Bakı cəlladı” adlandırdı

02/10/2026 18:24
955
Turşu hazırlayarkən bu səhvlərə yol verməyin: Zəhərlənmə riski yaradan əlamətlər – XƏBƏRDARLIQ

Turşu hazırlayarkən bu səhvlərə yol verməyin: Zəhərlənmə riski yaradan əlamətlər – XƏBƏRDARLIQ

02/10/2026 17:47
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Dərələyəzin qədim kəndi Ağyar-QƏDİM YURDUN TARİXİ

Dərələyəzin qədim kəndi Ağyar-QƏDİM YURDUN TARİXİ

02/10/2026 08:51
962

Volqoqradda PUA HÜCUMU: Yaşayış binasında yanğın

Volqoqradda PUA HÜCUMU: Yaşayış binasında yanğın

02/10/2026 07:20
959

“Qafan və Qafanlılar” kitabı işıq üzü görüb

“Qafan və Qafanlılar” kitabı işıq üzü görüb

01/10/2026 14:04
1.1k

Mustafa Sandal susmadı: “Yeganə gəlir mənbəyim musiqidir”

Mustafa Sandal susmadı: “Yeganə gəlir mənbəyim musiqidir”

01/10/2026 10:05
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.