Bazar, Noyabr 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Turşu hazırlayarkən bu səhvlərə yol verməyin: Zəhərlənmə riski yaradan əlamətlər – XƏBƏRDARLIQ

02/10/2026 17:47
Müsahibə, Sağlamlıq
836 9
Turşu hazırlayarkən bu səhvlərə yol verməyin: Zəhərlənmə riski yaradan əlamətlər – XƏBƏRDARLIQ
699
Paylaşım sayı
971
Baxış sayı

Payızın gəlişi ilə evlərdə turşu hazırlığına başlanılıb. Qış aylarında süfrələrin əvəzolunmaz təamlarından sayılan ev turşuları düzgün hazırlanmadıqda və saxlanılmadıqda ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.

Xüsusilə məhsulların təmizlənməsi, qabların sterilizasiyası və konservləşdirmə qaydalarına əməl olunmaması sağlamlıq üçün təhlükə yaradır.

Bəs ev şəraitində turşu hazırlayarkən və saxlayarkən hansı qaydalara diqqət yetirilməlidir? Turşunun xarab olduğunu və istifadəyə yararsız hala düşdüyünü necə müəyyən etmək olar?

Gündəm24.az  xəbər verir ki, konkret.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, ilk növbədə turşu hazırlamaq üçün sağlam və keyfiyyətli məhsullar seçilməlidir.

Ətin qiyməti 30 manatı keçə bilər – Səbəblər açıqlandı | KONKRET

“Xiyar, badımcan, pomidor və digər tərəvəzlərin üzərində çürümüş, çatlamış və zədələnmiş hissələr olmamalıdır. Məhsullar emaldan əvvəl torpaqdan və digər çirklərdən tam təmizlənməli, yaxşı yuyulmalı və müvafiq gigiyenik qaydalara uyğun hazırlanmalıdır.

Turşuların saxlanılacağı şüşə qabların sterilizasiyası da xüsusi əhəmiyyət daşıyır. Sterilizasiya olunmuş qablar tam təmiz vəziyyətdə olmalı, onların içinə yerləşdirilən tərəvəzlər və digər ərzaqlar da gigiyenik tələblərə uyğun hazırlanmalıdır”.

Ağa Salamov sarımsaq və göyərtilərin təmizlənməsinə də diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, xüsusilə badımcan turşusu hazırlanarkən istifadə olunan sarımsaq və göyərtilər torpaq qalıqlarından tam təmizlənməli, düzgün yuyulmalı və yalnız bundan sonra turşuya əlavə edilməlidir.

Qida texnoloqunun sözlərinə görə, konservləşdirmə zamanı qapaqların keyfiyyətinə də xüsusi diqqət yetirilməlidir. Turşuların bağlanmasında təmiz, steril və kip bağlanan qapaqlardan istifadə olunmalı, birdəfəlik qapaqlar təkrar işlədilməməlidir. Qapaqların paslı, çirkli və ya zədələnmiş olması yolverilməzdir. Bankaların ağzı möhkəm bağlanmalı, hava sızmasının qarşısı alınmalıdır.

Ağa Salamov turşunun xarab olmasını müəyyənləşdirmək üçün bir sıra əlamətlərə diqqət yetirməyin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, turşunun suyunun rənginin dəyişməsi, bulanıqlaşması, dibində qeyri-adi çöküntülərin yaranması, qapağın şişməsi, bankanın açılması zamanı qıcqırma əlamətlərinin müşahidə olunması və kiflənmə məhsulun yararsız hala düşdüyünü göstərə bilər.

Qida texnoloqu belə hallarla qarşılaşdıqda turşunun dadına baxılmamasını və onun qida kimi istifadə edilməməsini tövsiyə edib. Çünki bəzi təhlükəli mikroorqanizmlər və onların toksinləri turşunun görünüşünü, qoxusunu və dadını dəyişmədən də mövcud ola bilər.

Beləliklə, ev şəraitində turşu hazırlayarkən gigiyena, düzgün sterilizasiya və təhlükəsiz konservləşdirmə qaydalarına əməl etmək qida zəhərlənməsi riskinin azaldılmasında mühüm rol oynayır.

Oxşarxəbərlər

“Həddindən artıq yağlı yemək yeyənlər diqqətli olmalıdır” – EKSPERT
Manşet

“Həddindən artıq yağlı yemək yeyənlər diqqətli olmalıdır” – EKSPERT

26/11/2026 16:00
956
Şəkər xəstələrinə MÜJDƏ: Bu dərmanlar artıq dövlət hesabına veriləcək -Dilarə İsgəndərova ilə MÜSAHİBƏ
Manşet

Şəkər xəstələrinə MÜJDƏ: Bu dərmanlar artıq dövlət hesabına veriləcək -Dilarə İsgəndərova ilə MÜSAHİBƏ

25/11/2026 12:38
963
60 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ
Manşet

60 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

24/11/2026 12:24
959
Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir – EKSPERT AÇIQLADI
Manşet

Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir – EKSPERT AÇIQLADI

23/11/2026 17:12
953
“Toy menyularına Milli Məclis müdaxilə etməlidir”
Manşet

“Toy menyularına Milli Məclis müdaxilə etməlidir”

19/11/2026 20:20
959
Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir
Manşet

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

17/11/2026 16:42
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

28/11/2026 18:27
959
Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

28/11/2026 18:05
960
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
958
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

27/11/2026 08:34
957

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

26/11/2026 08:09
964

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
963

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
969

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In