Bazar ertəsi, İyul 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və Qayıdış hüququ” adlı III Beynəlxalq Konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir

06/12/2025 18:41
Manşet, Qərbi Azərbaycan
66 0
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və Qayıdış hüququ” adlı III Beynəlxalq Konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir
84
Baxış sayı

6 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, millət vəkili Pərvanə Vəliyeva ilə ABŞ-ın Tennessi Texnoloji Universitetində siyasi elmlər üzrə professor, Brüsseldə yerləşən EU Turkey Civic Commission (EUTCC) adlı təşkilatın baş katibi Dr. Michael Martin Gunter arasında görüş keçirilib.

Görüş zamanı icma təmsilçisi Qərbi Azərbaycan məsələsi, eləcə də azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyası tarixinə dair geniş məlumat verib. Bildirilib ki, etnik təmizləməyə məruz qalan qərbi azərbaycanlılar son bir əsrdə dörd dəfə öz tarixi yurdlarından deportasiya olunublar və bütün tarixi faktlar bunu təsdiqləyir.

Daha sonra Pərvanə Vəliyeva Azərbaycanın əldə etdiyi uğurlardan, habelə, Qarabağ Zəfərindən söz açıb. Qeyd edib ki, məhz böyük Zəfərdən sonra qərbi azərbaycanlıların öz evlərinə qayıdış arzusu və sülhə inamı daha da güclənib. O, cari ilin 8 avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trump, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş zamanı tarixi sülh razılaşması, eləcə də Zəngəzur dəhlizinin – TRİPP marşrutunun çəkilməsinin regionda yeni reallıqlar yaratdığını diqqətə çatdırıb.

Dr. Michael Martin Gunter Azərbaycanın regional proseslərdə apardığı siyasəti yüksək dəyərləndirdiyini bildirib. Qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağla bağlı vaxtilə yanlış ifadələr işlətsə də, Qarabağ azad edildikdən sonra sülh istiqamətində siyasi xəttini dəyişməyə məcbur olub. O, Ermənistanda hələ də revanşist qrupların mövcud olduğunu və Azərbaycanın bu baxımdan ayıq-sayıq olmasının vacibliyini vurğulayıb.

Tədqiqatçı alim həmçinin dayanıqlı sülh üçün tərəflərin vətəndaş cəmiyyətləri arasında dialoqun vacibliyini qeyd edib. O, Azərbaycan həqiqətləri ilə bağlı kitab yazdığını və gələcək fəaliyyətində də Azərbaycanın mövqeyini dəstəkləməyə davam edəcəyini bildirib.

Pərvanə Vəliyeva Azərbaycanın multikultural dəyərlərə verdiyi yüksək önəmi, ölkənin sülh və əmin-amanlıq naminə atdığı real və konstruktiv addımları diqqətə çatdırıb. Qeyd edib ki, dayanıqlı sülh bütün regionda iqtisadi inkişafı sürətləndirəcək.

Oxşarxəbərlər

“Əminəm ki, gələn qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər” – Prezident
Manşet

“Əminəm ki, gələn qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər” – Prezident

13/07/2026 09:38
51
İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
Manşet

İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir

13/07/2026 09:33
51
IV Şuşa Qlobal Media Forumu başladı – Canlı
Manşet

IV Şuşa Qlobal Media Forumu başladı – Canlı

13/07/2026 09:00
52
Prezidentin yaşlı qadına səmimi vədi – “100 olanda gəlib qeyd edəcəyik”
Manşet

Prezidentin yaşlı qadına səmimi vədi – “100 olanda gəlib qeyd edəcəyik”

12/07/2026 00:04
53
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi – FOTO
Manşet

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi – FOTO

11/07/2026 20:25
55
Prezident: Daha yumruq dövrü olmayacaq – Video
Manşet

Prezident: Daha yumruq dövrü olmayacaq – Video

11/07/2026 20:10
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Əminəm ki, gələn qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər” – Prezident

“Əminəm ki, gələn qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər” – Prezident

13/07/2026 09:38
51
İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir

İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir

13/07/2026 09:33
51
Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

13/07/2026 09:28
51
Zeynəb adını tarixə yazdıran ilk azərbaycanlı qız oldu – FOTO

Zeynəb adını tarixə yazdıran ilk azərbaycanlı qız oldu – FOTO

13/07/2026 09:18
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
68

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
73

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
78

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In