Bazar ertəsi, May 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyində Ümummilli Liderə həsr olunmuş tədbir keçirilib-FOTOLAR

10/05/2026 18:18
CƏMİYYƏT, Manşet, Qərbi Azərbaycan
58 4
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyində Ümummilli Liderə həsr olunmuş tədbir keçirilib-FOTOLAR
78
Baxış sayı
Gündəm24.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyində ümummilli liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin idarə heyətinin üzvləri, Corat qəsəbəsi və şəhər üzrə icma nümayəndələri, ziyalılar, ictimaiyyət təmsilçiləri, şəhid ailələri, qazilər və gənclər geniş tərkibdə iştirak etmişlər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı tarixi roldan geniş bəhs etmişdir. O qeyd etmişdir ki, Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində ölkəyə rəhbərlik edərək Azərbaycanın siyasi sabitliyinin təmin olunması, dövlət institutlarının formalaşdırılması və milli birliyin möhkəmləndirilməsi istiqamətində mühüm xidmətlər göstərmişdir. Çıxışda vurğulanmışdır ki, ulu öndərin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkədə hüquqi dövlət quruculuğu, iqtisadi islahatlar və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Eyni zamanda Qərbi Azərbaycan həqiqətlərinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələsi də xüsusi qeyd olunmuşdur. Sonra çıxış edən nümayəndəliyin idarə heyətinin fəal üzvü Xankərəm Vəliyev Heydər Əliyevin dövlət idarəçiliyindəki uzaqgörən siyasətinin Azərbaycanın regionda güclü mövqeyə sahib olmasına şərait yaratdığını bildirmişdir. O qeyd etmişdir ki, ulu öndərin formalaşdırdığı siyasi məktəb bu gün də ölkənin inkişafında əsas istiqamət kimi çıxış edir. Daha sonra Corat qəsəbəsi üzrə nümayəndə Nazim Hüseynov çıxış edərək Heydər Əliyevin milli maraqların qorunması, dövlətin iqtisadi və siyasi gücünün artırılması istiqamətində həyata keçirdiyi siyasətdən geniş bəhs etmişdir. O vurğulamışdır ki, bu siyasət bu gün Prezident tərəfindən uğurla davam etdirilir və Qərbi Azərbaycan məsələsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Şəhid anası Ruhiyyə Əhmədzadə çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlığını ifadə etmiş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirmişdir. O, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini xüsusi vurğulamışdır. Gənclər adından çıxış edən Fəxri Tahirov Heydər Əliyevin siyasi irsinin gənclər üçün böyük bir məktəb olduğunu qeyd etmiş, bu irsin öyrənilməsinin onların dövlətə sədaqət və məsuliyyət hissini artırdığını bildirmişdir. Çıxış edən gənc fəal Mehri Mirzəyeva isə Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarının Azərbaycan gəncliyinin formalaşmasında mühüm rol oynadığını vurğulamışdır. O bildirmişdir ki, bu gün gənclər sabit və güclü Azərbaycan reallığında yetişərək həm ölkənin inkişafına töhfə verir, həm də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasında fəal iştirak edirlər. Sonda tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmiş, onun zəngin siyasi irsinin gələcək nəsillər üçün yolgöstərən məktəb olduğunu bir daha qeyd etmişlər.

Oxşarxəbərlər

Sirlər AÇILIR: Si Cinpin Trampla görüşdə niyə əsəbiləşib və qışqırıb?
CƏMİYYƏT

Sirlər AÇILIR: Si Cinpin Trampla görüşdə niyə əsəbiləşib və qışqırıb?

25/05/2026 11:39
62
Əlillik və peşə qabiliyyəti ilə bağlı yeni QAYDALAR – 5 günə…
CƏMİYYƏT

Əlillik və peşə qabiliyyəti ilə bağlı yeni QAYDALAR – 5 günə…

25/05/2026 11:21
50
İyunda 10 gün iş OLMAYACAQ
CƏMİYYƏT

İyunda 10 gün iş OLMAYACAQ

25/05/2026 11:13
53
Kombi dövrü sona çatır? – Nazirlər Kabineti qərar verib
CƏMİYYƏT

Kombi dövrü sona çatır? – Nazirlər Kabineti qərar verib

25/05/2026 10:03
56
Almaz Hacıyeva vəfat etdi – FOTOLAR
CƏMİYYƏT

Almaz Hacıyeva vəfat etdi – FOTOLAR

25/05/2026 09:37
53
Qurban bayramı ilə bağlı fətva verildi
CƏMİYYƏT

Qurban bayramı ilə bağlı fətva verildi

25/05/2026 09:32
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Putinə təzim edən Paşinyan niyə anidən Qərbə yönəldi – GİZLİ PLAN

Putinə təzim edən Paşinyan niyə anidən Qərbə yönəldi – GİZLİ PLAN

25/05/2026 11:44
55
Sirlər AÇILIR: Si Cinpin Trampla görüşdə niyə əsəbiləşib və qışqırıb?

Sirlər AÇILIR: Si Cinpin Trampla görüşdə niyə əsəbiləşib və qışqırıb?

25/05/2026 11:39
62
“Uğur 777”də əməliyyat: xəstə Hepatit C virusuna yoluxub…

“Uğur 777”də əməliyyat: xəstə Hepatit C virusuna yoluxub…

25/05/2026 11:28
63
TƏCİLİ! Ermənistanda qırıcılar havaya qaldırıldı – Nə baş verir?

TƏCİLİ! Ermənistanda qırıcılar havaya qaldırıldı – Nə baş verir?

25/05/2026 11:23
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
64

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
56

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
56

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.