Bazar, Fevral 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı oldu – FOTOLAR

13/01/2026 14:21
Manşet, Siyasət
47 1
“Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı oldu – FOTOLAR
61
Baxış sayı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib.

Gündəm24.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 Su Elektrik Stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES “Azərenerji” ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır.

Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

Stansiyanın ölkə enerjisiteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub.

Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar, eyni zamanda, zərərli maddələrin suya qarışmasının qarşısını almaqla, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.

13:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Gündəm24.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı oldu - FOTOLAR
“Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı oldu - FOTOLAR

“Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı oldu - FOTOLAR
“Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı oldu - FOTOLAR

Oxşarxəbərlər

İlham Əliyev Münhendə bolqarıstanlı həmkarı ilə görüşdü – FOTOLAR
Manşet

İlham Əliyev Münhendə bolqarıstanlı həmkarı ilə görüşdü – FOTOLAR

14/02/2026 13:58
54
“Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
Manşet

“Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı

14/02/2026 12:39
55
Uçuş zamanı yumruq davası – təyyarə məcburi endirildi
Dünya

Uçuş zamanı yumruq davası – təyyarə məcburi endirildi

14/02/2026 10:47
52
Cenevrə görüşü genişlənir: Vitkoff və Kuşner də masada
Dünya

Cenevrə görüşü genişlənir: Vitkoff və Kuşner də masada

14/02/2026 10:09
52
Paşinyan da mənimlə eyni fikirdədir – İlham Əliyev
Manşet

Paşinyan da mənimlə eyni fikirdədir – İlham Əliyev

14/02/2026 09:49
57
ABŞ-ın Vitse-prezidentinin səfəri çox mühüm idi – İlham Əliyev
Manşet

ABŞ-ın Vitse-prezidentinin səfəri çox mühüm idi – İlham Əliyev

14/02/2026 09:21
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatdı

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatdı

14/02/2026 14:44
53
Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi

Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi

14/02/2026 14:24
56
İlham Əliyev Münhendə bolqarıstanlı həmkarı ilə görüşdü – FOTOLAR

İlham Əliyev Münhendə bolqarıstanlı həmkarı ilə görüşdü – FOTOLAR

14/02/2026 13:58
54
Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu

Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu

14/02/2026 13:55
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Uçuş zamanı yumruq davası – təyyarə məcburi endirildi

Uçuş zamanı yumruq davası – təyyarə məcburi endirildi

14/02/2026 10:47
52

Cenevrə görüşü genişlənir: Vitkoff və Kuşner də masada

Cenevrə görüşü genişlənir: Vitkoff və Kuşner də masada

14/02/2026 10:09
52

Alovlar sənaye zonasını bürüdü: vəziyyət ağırlaşır

Alovlar sənaye zonasını bürüdü: vəziyyət ağırlaşır

14/02/2026 07:47
52

Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir

Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir

14/02/2026 07:40
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In