Şənbə, Oktyabr 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Şimali Kipr xəbərdarlıq etdi: “İsrail adaya hücum edə bilər”

10/10/2026 15:15
Dünya, Manşet
797 50
Şimali Kipr xəbərdarlıq etdi: “İsrail adaya hücum edə bilər”
701
Paylaşım sayı
974
Baxış sayı

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel İsrailin ölkə ərazisindəki Türkiyə hərbi hədəflərinə hücum edə biləcəyi və Yunanıstanın da belə bir hücuma dəstək verə biləcəyi ilə bağlı ssenarilərin təhlükəli həddə çatdığını bildirib.

Gündəm24.az  xəbər verir ki, Üstel Şərqi Aralıq dənizindəki hərbi prosesləri və ŞKTC-yə qarşı mümkün hücum ehtimallarını şərh edib. Kipr məsələsində kritik və təhlükəli dövrdən keçildiyini qeyd edən baş nazir Kipr türklərini birlik və həmrəylik nümayiş etdirməyə, ŞKTC-ni və Türkiyəni dəstəkləməyə çağırıb.

Üstel Yunanıstanda təqaüddə olan bir komandirin televiziya proqramında İsrailin ŞKTC-dəki Türkiyə hərbi hədəflərinə hücum edə biləcəyini irəli sürdüyünü bildirib. Onun sözlərinə görə, həmin şəxs Kiprin NATO üzvü olmadığını əsas gətirərək belə bir hücumun NATO üzvünə qarşı hücum hesab edilməyəcəyini iddia edib.

Baş nazir yunan və Kipr yunan mediasında İsrailin ŞKTC-yə mümkün hücumlarına Yunanıstan ordusunun dəstək verə biləcəyi barədə təhlillərin də yayımlandığını qeyd edib. Üstel bildirib:

“Bu açıqlamalar rəsmi hücum qərarının sübutu deyil. Lakin Türkiyə hərbçilərinə hücum edilməsini və Türkiyənin Kiprdən çıxarılmasını müzakirəyə çıxaran düşüncənin nə qədər təhlükəli həddə çatdığını göstərir”.

ABŞ, Fransa və İsrailin Cənubi Kipr Rum Administrasiyası və Yunanıstanla inkişaf etdirdiyi hərbi əlaqələri də qiymətləndirən Üstel bu əməkdaşlıqların Şərqi Aralıq dənizinə təsirlərinin araşdırılmalı olduğunu bildirib.

O, Kipr yunan tərəfinə və Yunanıstana göstərilən hərbi və siyasi dəstəyin barışmaz siyasəti təşviq etdiyini deyib. Üstel Türkiyənin adadakı mövcudluğunu hədəf alan ssenarilər qarşısında səssiz qalmayacaqlarını vurğulayıb.

Baş nazir Avropa Parlamentinin Kipr yunan icmasından olan bir üzvünün “Mavi Vətən bizimdir” ifadəsinə də münasibət bildirib. O, bu yanaşmanın Türkiyənin dənizlərdəki hüquq və maraqlarını hədəf aldığını qeyd edib:

“Dövlətimizi və gələcəyimizi təslim etməməliyik”.

ŞKTC-nin suverenliyinin və Türkiyənin adadakı mövcudluğunun müzakirə mövzusu ola bilməyəcəyini bildirən Üstel daxili siyasi rəqabətin dövlətin təhlükəsizliyindən və gələcəyindən üstün tutulmamalı olduğunu deyib:

“Bu çərçivədə dövlətimizi, təhlükəsizliyimizi və gələcəyimizi Kipr yunanları ilə birləşməyi öz mövcudluğunun məqsədi kimi təqdim edənlərə təslim etməməliyik”.

Türkiyə ilə münasibətlərin ŞKTC-nin təhlükəsizliyi baxımından əhəmiyyətinə toxunan Üstel siyasi mübahisələrin və seçki vədlərinin uzun illər ərzində əldə edilmiş nailiyyətləri təhlükəyə atmamalı olduğunu bildirib. Baş nazir Türkiyə ilə qardaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb:

“Bu dövrdə verilən düzgün qərarlar yalnız bu günü deyil, uşaqların və nəvələrin hansı şəraitdə yaşayacağını da müəyyən edəcək. Uzun illər davam edən mübarizə, fədakarlıqlar və əldə edilmiş nailiyyətlər qeyri-müəyyən və populist seçki vədləri naminə təhlükəyə atılmamalıdır”.//sfera.az

Oxşarxəbərlər

Siqaret alanlardan şəxsiyyət vəsiqəsi tələb ediləcək
CƏMİYYƏT

Siqaret alanlardan şəxsiyyət vəsiqəsi tələb ediləcək

10/10/2026 16:15
954
Rusiya bu şəhəri vurdu: 12 ölü, 14 yaralı
Dünya

Rusiya bu şəhəri vurdu: 12 ölü, 14 yaralı

10/10/2026 15:48
956
İlham Əliyev Ramzan Kadırovu qəbul edib – GÖRÜNTÜLƏR
Manşet

İlham Əliyev Ramzan Kadırovu qəbul edib – GÖRÜNTÜLƏR

10/10/2026 15:44
957
“Burada bir ananın sonsuz xoşbəxtliyi var” – VİDEO
Manşet

“Burada bir ananın sonsuz xoşbəxtliyi var” – VİDEO

10/10/2026 15:28
964
“Camaatı üz-üzə qoymaqla nə əldə edirsən?” – Aparıcıdan həmkarlarına SƏRT MESAJ
Manşet

“Camaatı üz-üzə qoymaqla nə əldə edirsən?” – Aparıcıdan həmkarlarına SƏRT MESAJ

10/10/2026 15:25
972
III Beynəlxalq Xankəndi Ultramarafonu davam edir – FOTOLAR
İdman

III Beynəlxalq Xankəndi Ultramarafonu davam edir – FOTOLAR

10/10/2026 15:23
968

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Siqaret alanlardan şəxsiyyət vəsiqəsi tələb ediləcək

Siqaret alanlardan şəxsiyyət vəsiqəsi tələb ediləcək

10/10/2026 16:15
954
Rusiya bu şəhəri vurdu: 12 ölü, 14 yaralı

Rusiya bu şəhəri vurdu: 12 ölü, 14 yaralı

10/10/2026 15:48
956
İlham Əliyev Ramzan Kadırovu qəbul edib – GÖRÜNTÜLƏR

İlham Əliyev Ramzan Kadırovu qəbul edib – GÖRÜNTÜLƏR

10/10/2026 15:44
957
“Burada bir ananın sonsuz xoşbəxtliyi var” – VİDEO

“Burada bir ananın sonsuz xoşbəxtliyi var” – VİDEO

10/10/2026 15:28
964

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
985

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
984

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
975

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In