Gündəm24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğludur.
Digər sərəncamla Nemət Zeynal oğlu Nağdəliyev Estoniyaya fövqəladə və səlahiyyətli səfir təyin edilib.
O, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevin oğludur.
Prezident İrfan Şakir oğlu Davudovu Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda
fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırıb.
O, Azərbaycanın Pakistandakı səfiri təyin edilib.
Pakistandakı səfirimiz Xəzər Nadir oğlu Fərhadov da geri çağırılıb.













