Sumqayıtın mərkəzi küçələrindən birində, Nəriman Nərimanov heykəlindən üzü avtovağzala tərəf irəlilədikcə acınacaqlı mənzərə ilə qarşılaşırıq.
Gündəm24.az konkret.az-a istinadən xəbər verir ki, sözügedən istiqamətdə düz piyada yolunun üzərinə zibil qutuları qoyulub. Buna baxmayaraq ətraf zibilliklə dolub-daşır. Səkidən piyadaların hərəkəti mümkün olmur, üstəlik ətrafa pis qoxu yayılır və antisanitar vəziyyət yaranır.
Belə xoşagəlməz mənzərə isə şəhərin estetik görünüşünü korlamaqla yanaşı, ətrafda yaşayan insanlara ciddi narahatlıq yaradır.













