ABŞ Mərkəzi Komandanlığı İrana qarşı dəniz blokadasının bir hissəsi olaraq 31 gəmiyə istiqamətini dəyişdirmək əmri verildiyini açıqladı. Bu gəmilərin əksəriyyətinin neft tankerləri olduğu bildirilir.
Gündəm24.az xəbər verir ki, ABŞ Mərkəzi Komandağlığı tərəfindən yayılan məlumata görə, ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlar çərçivəsində İran limanlarına qarşı tətbiq olunan blokada genişlənir. Komandanlıq indiyədək 31 gəminin geri qaytarıldığını açıqlayıb və bu addımın bölgədəki nəqliyyat axınına ciddi təsir göstərdiyi vurğulanır.
Bildirilib ki, ABŞ qüvvələri gəmilərə kurslarını dəyişmək və ya İran limanlarına qayıtmaq göstərişi verib. Əksər gəmilərin bu təlimatlara əməl etdiyi qeyd olunur, geri qaytarılanlar arasında isə xüsusilə neft tankerlərinin üstünlük təşkil etməsi diqqət çəkir.
Bundan əvvəl, aprelin 20-də yayılan açıqlamada blokada başlayandan bəri 27 gəmi ilə bağlı oxşar addımların atıldığı bildirilmişdi. Yeni rəqəmlər isə əməliyyatın miqyasının getdikcə genişləndiyini göstərir.
ABŞ prezidenti Donald Trump İranla bağlı gərginliyin artmasından sonra Hörmüz boğazı ətrafında blokadanın tətbiq olunacağını açıqlamışdı.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.