Medianın istinad etdiyi mənbələrə görə, Tehran nüvə proqramı ilə bağlı danışıqlar üçün daha bir ay vaxt verib.
Gündəm24.az xəbər verir ki, İran ABŞ-a gərginliyi azaltmaq üçün konkret vaxt çərçivəsi ilə təklif irəli sürüb. “Axios” portalının məlumatına görə, Tehran Vaşinqtona 30 gün ərzində döyüş əməliyyatlarının dayandırılması, dəniz blokadasının ləğvi və Hörmüz boğazının yenidən açılması barədə razılıq əldə etməyi təklif edib.
Məlumata əsasən, İran eyni zamanda nüvə proqramı ilə bağlı danışıqlar üçün əlavə bir ay vaxt verib. Təklif paketində 14 maddə yer alır və burada həm ABŞ-ın blokadanı dayandırması, həm də İran və Livanda müharibənin başa çatdırılması kimi şərtlər ön plana çıxır.
Planın diqqət çəkən məqamlarından biri isə odur ki, nüvə proqramı ilə bağlı əsas danışıqlar yalnız ilkin razılaşma əldə edildikdən sonra başlanacaq. Bu isə prosesin mərhələli şəkildə və daha sərt şərtlərlə aparılacağını göstərir.
Sədaqət Həsənova














