Tehran ABŞ sanksiyalarına görə İran təyyarələrini qəbul etməyən qonşu ölkələrin hava limanlarının fəaliyyətini pozmaqla hədələyib.
Gündəm24.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai IRINN-ə müsahibəsində deyib.
“Əgər ABŞ-nin tərəfini tutsanız, biz də sadəcə seyr etməyəcəyik. Əgər qonşu ölkələr İran uçuşlarını dayandırmaqda ABŞ-yə qoşularlarsa, onların hava limanları da uçuşlar üçün açıq olmayacaq”, – o bildirib.
M.Rzai Tehranın hansı konkret tədbirlər görmək niyyətində olduğunu və ya xəbərdarlığın hansı ölkələrə aid olduğunu dəqiqləşdirməyib.
O, bu açıqlamanı ABŞ maliyyə naziri Skott Bessentin İran aviasiyasına qarşı sanksiyaların genişləndirildiyini elan etməsindən sonra verilib. \olke.az














