ABŞ Prezidenti Donald Tramp noyabr ayında Şimali Koreya lideri Kim Çen İnlə görüş ehtimalını istisna etməyib. Görüşün baş tutacağı təqdirdə, bu, iki ölkə arasında münasibətlərin və Şimali Koreyanın nüvə proqramı ilə bağlı məsələlərin yenidən gündəmə gəlməsi baxımından diqqət çəkə bilər.
Gündəm24.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin noyabr ayında Asiyaya səfəri zamanı Kim Çen İnlə görüşmək ehtimalı ilə bağlı sualını cavablandırarkən danışıb.
“Bu, mümkündür. Maraqlı olardı, elə deyilmi? Mənim onunla yaxşı münasibətlərim var”, – deyə ABŞ Prezidenti bildirib.
Avqustun sonunda “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən yazıb ki, Tramp payızda Asiyaya planlaşdırılan səfər çərçivəsində Şimali Koreya lideri ilə görüşmək imkanlarını nəzərdən keçirir.
ABŞ Prezidentinin noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirakı gözlənilir. Sammit noyabrın 18-19-da baş tutacaq. Bundan əvvəl Trampın Manilada keçiriləcək ASEAN sammitinə də qatılması nəzərdə tutulur.
Qeyd edək ki, Donald Tramp prezidentliyinin ilk dövründə Kim Çen Inla üç dəfə görüşüb. Onların ilk sammiti 2018-ci ildə Sinqapurda, ikinci görüşü isə 2019-cu ildə Hanoyda keçirilib. Lakin həmin danışıqlar Şimali Koreyanın nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunması ilə nəticələnməyib.//sfera.az













