Nümayəndələr Palatası Prezident Liderlik Şurasının sədri Rəşad əl-Əliminin tələbini təsdiqləmək qərarına gəldi.
Gündəm24.az SABA xəbər agentliyinə istinadən xəbər verir ki, beynəlxalq səviyyədə tanınmış Yəmən hökuməti Ənsar Allah (Husi) hərəkatına qarşı mübarizə məqsədilə ölkədə ümumi səfərbərlik elan edib.
Yəmən parlamentinin aşağı palatası Prezident Liderlik Şurasının sədri Rəşad əl-Əliminin ümumi səfərbərlik elan edilməsi ilə bağlı tələbini təsdiqləyib.
Qərar dərhal qüvvəyə minib və onun qəbul edilməsinə səbəb olan vəziyyət aradan qalxana qədər qüvvədə olacaq.
Səfərbərliyin Husilərin fəaliyyətinin qarşısını almaq, vətəndaşları və respublika sistemini müdafiə etmək, həmçinin dövlət suverenliyini qorumaq məqsədi daşıdığı bildirilib.
Deputatlar siyasi qüvvələri fikir ayrılıqlarını kənara qoymağa, həmçinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası ilə əməkdaşlığı gücləndirməyə çağırıblar.
Sədaqət Həsənova
Gündəm24.az













