Bazar, Noyabr 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Səhiyyə Nazirliyindən vacib xəbərdarlıq

29/09/2026 08:11
Sağlamlıq
838 9
Səhiyyə Nazirliyindən vacib xəbərdarlıq
701
Paylaşım sayı
973
Baxış sayı

“Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxs dərhal yaxınlıqda olan tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurdurmalıdır”.

Gündəm24.az   xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam həyat” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, quduzluq xəstəliyinə qarşı həm uşaqlara, həm də böyüklərə eyni dozada antirabik vaksin vurulur:

“Tibb müəssisəsində həkim tərəfindən vaksinin istehsalçısı ilə müəyyən edilmiş kursa uyğun müalicə təyin edilir. Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa, o zaman şərti müalicə kursu təyin edilir. Hazırda Respublikada istifadə olunan vaksinə uyğun olaraq şərti müalicə zamanı zərərçəkənə müraciət etdiyi, yəni 0-cı, 3-cü və 7-ci günlərdə antirabik vaksin vurulur. Dişləyən heyvanın naməlum olduğu və ya məlum olsa belə, lakin 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti kurs zamanı müraciət edilən, yəni 0-cı gün, həmçinin 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir”.

A.Qurbanova qeyd edib ki, lokalizasiyasından asılı olaraq pasientə antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur: “Belə ki, yuxarı lokalizasiyalı zədələnmələrdə və quduzluq diaqnozu təsdiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir. Bundan başqa tetanus xəstəliyindən qorunmaq üçün xəsarət alana tetanus əleyhinə anatoksin vurulur. Vaksinasiyadan sonra aktiv immunitet 10–14 gün ərzində formalaşır və tam kurs peyvənd aldıqdan sonra insanı 1 il müddətinə qoruyur”.

Qeyd edək ki, Respublika üzrə 2026-cı ilin ilk 8 ayı ərzində 35 105 heyvan dişləməsi hadisəsi qeydə alınıb. Onlardan 17 492-si məlum heyvanlar (it və pişik), 16 799-u isə naməlum heyvanlar (it, pişik və siçovul) tərəfindən törədilib.

Cari ilin ötən dövrü ərzində insanlar arasında 1 quduzluq hadisəsi qeydə alınıb./publika

Oxşarxəbərlər

60 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ
Manşet

60 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

24/11/2026 12:24
959
Xalq artistinin səhhəti pisləşib
Manşet

Xalq artistinin səhhəti pisləşib

22/10/2026 19:46
962
Meymunçiçəyi yenidən gündəmdə – Rusiyada yoluxanlar var
Manşet

Meymunçiçəyi yenidən gündəmdə – Rusiyada yoluxanlar var

17/10/2026 09:57
980
Xroniki yorğunluğu olanlar bu 3 meyvədən enerji alsın
Manşet

Xroniki yorğunluğu olanlar bu 3 meyvədən enerji alsın

16/10/2026 19:27
964
Ev konservlərində botulizm riski – Həkimdən VACİB TÖVSİYƏLƏR
Manşet

Ev konservlərində botulizm riski – Həkimdən VACİB TÖVSİYƏLƏR

12/10/2026 22:29
977
Ev konservlərində botulizm riski – Həkimdən VACİB TÖVSİYƏLƏR
Manşet

Ev konservlərində botulizm riski – Həkimdən VACİB TÖVSİYƏLƏR

12/10/2026 22:29
971

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

28/11/2026 18:27
959
Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

28/11/2026 18:05
960
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
958
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

27/11/2026 08:34
957

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

26/11/2026 08:09
964

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
963

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
970

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In