Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

BBC və CNN eyni xətdə – Bakı Qərb mediasının hədəfində

02/09/2026 11:49
Siyasət
774 59
BBC və CNN eyni xətdə – Bakı Qərb mediasının hədəfində
689
Paylaşım sayı
957
Baxış sayı

Nüfuzlu Qərb KİV-ləri Azərbaycana hibrid cəbhə açıb; siyasi şərhçi: “Hər ikisi korporativ maraqlarla hərəkət edir”

BBC Azərbaycanla bağlı növbəti geniş material dərc edib. Materialın Azərbaycan “getdikcə qapalılaşan”, siyasi təqiblərin artdığı, demokratiyadan uzaqlaşan ölkə kimi təqdim edilir.

Yada salaq ki, Azərbaycan dövləti CNN telekanalını ölkəmiz barədə yalan informasiyaya görə məhkəmə verib. Şikayət avqustun 17-də ABŞ-nin Delaver Dairə Məhkəməsində təqdim olunub. İddiaya səbəb iyunun 5-də CNN-in saytında İsrailin Azərbaycan ərazisindən yararlanaraq İrana qarşı hərbi və kəşfiyyat xarakterli əməliyyatlar keçirdiyi haqda saxta məlumatın dərc olunmasıdır. Telekanal anonim mənbələrə istinadla yaydığı böhtanı təkzib etmədiyi üçün Azərbaycan dövləti işi ABŞ məhkəməsinə daşıyıb.

Delaverdəki məhkəmə prosesində Azərbaycanı təmsil edəcək vəkil Ueyn Dennison qeyd edib ki, Azərbaycanın məsuliyyətsiz hazırlanmış xəbərdən doğan zərərə görə hüquqi müdafiə tələb etmək haqqı var: “Bu həqiqətə uyğun olmayan iddia insanların həyatını təhlükəyə atıb. Xarici suveren dövlətlərin özlərinə vurulmuş zərərin aradan qaldırılması üçün ABŞ məhkəmələrindən yararlanmaq hüququ var. Bu, federal məhkəmələrimizin yurisdiksiyasının tərkib hissəsidir. CNN Azərbaycanın müharibə şəraitindəki fəaliyyəti ilə bağlı iddia yayıb. Azərbaycan tərəfi bu məlumatların tamamilə və birmənalı şəkildə yalan olduğunu bildirir. Həqiqətə uyğun olmayan bəyanatların nəticəsi isə insanların həyatını faktiki olaraq təhlükəyə atır. CNN-in məlumatı necə təqdim etməsinə nəzər salaq. İddianı faktiki olaraq “kimsə belə deyib” formasında təqdim ediblər. Deyirlər ki, “adı açıqlanmayan mənbəmiz var”.

Bu, sözün əsl mənasında “kimsə belə deyib” deməkdən başqa bir şey deyil. “Xəbərin Azərbaycan hökumətinə vurduğu zərəri dollar ifadəsində hesablamaq mümkündürmü” sualını vəkil belə cavablandırıb: “Biz hələlik zərərin məbləği ilə bağlı qiymətləndirmə aparmamışıq. Açığı, iş irəlilədikcə zərərin nə qədər olacağı da aydın deyil. Beynəlxalq münasibətlər baxımından zərər isə çox böyük olub. Açığı, CNN-dən dəfələrlə, o cümlədən məhkəməyə təqdim etdiyimiz şikayətdə sadəcə məqaləni geri götürmələrini tələb etmişik. İndiyədək buna ya susmaqla, ya da müqavimət göstərməklə cavab verilib”.

CNN və BBC kimi dünyanın ən nüfuzlu media nəhənglərinin Azərbaycanı hədəfə alan materiallarla çıxış etməsi təsadüfdürmü? Söhbət sadəcə jurnalist mövqeyindən gedir, yoxsa Azərbaycanın dəyişən geosiyasi çəkisi və müstəqil siyasəti Qərbdə müəyyən dairələri narahat edir? Əgər məqsəd obyektiv informasiya verməkdirsə, niyə Azərbaycanla bağlı materiallarda daim eyni mənzərə – “qapalı ölkə”, “təqiblər”, “demokratiyadan uzaqlaşma” – ön plana çəkilir? İki dünya nəhəngi niyə məhz indi Azərbaycana qarşı eyni cəbhədə görünür?

Azər Həsrət: Milli Şura adı altında fəaliyyət göstərən qruplaşma  ölkəmizdəki dayanıqlı sabitliyi pozmağa çalışır - AZƏRTAC

 Azər Həsrət

Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrətin “Yeni Müsavat”a bildirdiyinə görə, CNN və BBC-nin həmahəng hərəkət etməsi təsadüf deyil: “Ona görə ki, biz əvvəlki illərdə də davamlı şəkildə CNN-in də, BBC-nin də eyni zamanda anti-Azərbaycan kampaniyalarına öncülük etdiyini görmüşük. Onlar Azərbaycanla bağlı qlobal səviyyədə təşkil edilən kampaniyalarda öndə gediblər, saxta informasiyalar yayıblar, Azərbaycana böhtanlar atılmasında iştirak ediblər. Ona görə də indi baş verənlər o sıradan təzahür kimi qiymətləndirilməlidir. Yəni burada təsadüfi heç nə yoxdur”.

Onun fikrincə, ümumiyyətlə, həm BBC, həm də CNN klassik anlamda bildiyimiz mediadan fərqli olaraq təbliğat vasitələridir: “Onların hər ikisi korporativ maraqlara açıq şəkildə xidmət edir. CNN illərdir Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla bağlı yalan məlumatların yayılmasında öndə gedir. Bir tərəfdə CNN-dir, bir tərəfdə də “Nyu-York Times” qəzetidir. Bu tərəfdə də BBC-nin Azərbaycana, yaxud da Azərbaycan kimi dövlətlərə qarşı yalan məlumatlara əsaslanan təbliğat apardığı daim diqqət mərkəzində olub. Yəni onlar konkret maraqlara xidmət edirlər. Maraqlara xidmət etdiklərinə görə də bu cür kampaniyalara könüllü şəkildə alət olurlar. Görünür, pul qazanırlar. Yaxud kiminsə maraqlarına xidmət edirlər”.

Siyasi şərhçi əmindir ki, bu media quruluşlarının hər ikisi dünyada qəbul edilmiş media qanun və qaydaları ilə deyil, korporativ maraqlarla hərəkət edirlər: “Ona görə də Azərbaycanla bağlı atdıqları addımlar, həyata keçirdikləri yayım siyasəti sırf bundan qaynaqlanır. Yəni hər ikisinə də komanda verilib, düyməyə basılıb, onlar da bu cür hərəkət edirlər”.

Qeyd edək ki, 1994-cü ildə yaradılan “BBC Azərbaycansa” əvvəlcə radio formatında fəaliyyət göstərib, son illərdə isə fəaliyyətini əsasən onlayn media üzərindən davam etdirib. 2011-ci ildə Azərbaycan hökumətinin qərarı ilə xarici radiostansiyaların FM dalğasında yayımına qadağa qoyulduqdan sonra “BBC” Azərbaycan xidməti radio yayımını dayandıraraq onlayn fəaliyyətini genişləndirib.

CNN isə 1 iyun 1980-ci ildə ABŞ-də, mediaya yeni nəfəs gətirmək istəyən Ted Turner tərəfindən təsis olunub. O dövrə qədər xəbər yalnız müəyyən saatlarda yayımlanırdı. CNN isə 24 saat fasiləsiz xəbər yayımlayan ilk televiziya kanalı kimi tarixə düşüb.

 

Oxşarxəbərlər

İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Manşet

İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

19/10/2026 21:57
957
Ərdoğandan bu ölkəyə SƏRT İTTİHAM
Dünya

Ərdoğandan bu ölkəyə SƏRT İTTİHAM

19/10/2026 21:33
956
Ərdoğan qardaşlıq mesajı verdi – Azərbaycan əleyhdarları indi nə edəcək?
Dünya

Ərdoğan qardaşlıq mesajı verdi – Azərbaycan əleyhdarları indi nə edəcək?

19/10/2026 17:10
959
Dünya 3 noyabrı gözləyir: Tramp və Putin üçün “öldürücü zərbə”
Dünya

Dünya 3 noyabrı gözləyir: Tramp və Putin üçün “öldürücü zərbə”

19/10/2026 13:48
957
Azərbaycandan Ukraynaya Növbəti Dəstək: Səfirliyə Zəruri Avadanlıqlar Verildi
Manşet

Azərbaycandan Ukraynaya Növbəti Dəstək: Səfirliyə Zəruri Avadanlıqlar Verildi

19/10/2026 12:00
975
İlham Əliyev onu səhiyyə naziri təyin etdi – SƏRƏNCAM
Manşet

İlham Əliyev onu səhiyyə naziri təyin etdi – SƏRƏNCAM

19/10/2026 11:28
989

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

20/10/2026 10:12
954
Nəzakət Məmmədova təcili əməliyyat olundu

Nəzakət Məmmədova təcili əməliyyat olundu

20/10/2026 10:00
954
Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

20/10/2026 09:39
953
Paşinyan Qırğızıstan Prezidentinə görə onu işdən çıxardı

Paşinyan Qırğızıstan Prezidentinə görə onu işdən çıxardı

20/10/2026 09:39
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
955

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
980

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
998

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.