Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ceyhun Bayramov Əraqçi ilə bunları müzakirə etdi

08/12/2025 15:48
Siyasət
48 1
Ceyhun Bayramov Əraqçi ilə bunları müzakirə etdi
62
Baxış sayı

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

XİN-dən Gündəm24.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Seyid Abbas Əraqçi arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüşlərdə Azərbaycan-İran ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal inkişaflar müzakirə edilib.

Azərbaycan və İran əlaqələrinin təməlində dövlətlərimiz arasında mehriban qonşuluq və qarşılıqlı hörmət, xalqlarımız arasında tarixi, mədəni və dini ortaq köklərin dayandığı ifadə olunub.

İki ölkə prezidentinin arasında mövcud olan dostluq münasibətlərinin dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət daşıdığı, 2025-ci ildə İran Prezidentinin Azərbaycana səfərləri və bu çərçivədə Azərbaycan Prezidenti ilə görüşlərinin əməkdaşlıq əlaqələrimizə yeni təkan verdiyi vurğulanıb.

Xarici İşlər nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin, İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının, Parlamentlərarası əlaqələrin, eləcə də əhatəli ikitərəfli hüquq-müqavilə bazasının əməkdaşlığımıza dayanıqlı xarakter verdiyi bildirilib.

Görüşlər zamanı iqtisadi-ticarət, enerji-energetika və nəqliyyat-logistika istiqamətləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin iqtisadi potensialının və aramızdakı coğrafi yaxınlığın qarşılıqlı ticarət və investisiya həcmlərinin artırılması üçün əlverişli şərait yaratdığı vurğulanıb.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində birgə fəaliyyətlərin, eləcə də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni bağlantı layihələrinin regionda tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyinə inam ifadə olunub. Ağbənd-Kəlalə arasında yolun və körpünün tikintisinin yekunlaşdırılması istiqamətində səylər məmnunluqla qeyd edilib.

Humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunularaq, iki ölkənin Prezidentlərinin razılığı əsasında Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı marşrutları üzrə təyyarə reyslərinin artırılması xalqlarımız arasında təmasların təşviqinə töhfəsi qeyd edilib. Elm, təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Beynəlxalq və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və İran arasında BMT, YUNESKO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər təşkilatlar, eləcə də 3+3, və bir sıra başqa regional platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə son inkişaflar barədə məlumat verib, bu çərçivədə, Vaşinqton Zirvəsinin nəticələri diqqətə çatdırılıb.

Regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyi vurğulanıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin geri qayıdışı barədə qarşı tərəfə məlumat verilib.

Görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.

12:59

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçi ilə təkbətək və geniş formatlı görüşlər keçirib.

Gündəm24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.

Müzakirələrdə Azərbaycan və İran arasında mehriban qonşuluq münasibətləri və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın hazırkı gündəliyini və perspektivləri diqqətə çatdırılıb.

Tərəflər xüsusilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Şərqi Zəngəzur İqtisadi Bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələri daxil olmaqla nəqliyyat-logistika sahəsinə diqqət yetirərək iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi yollarını və vasitələrini müzakirə ediblər.

Qeyd edilib ki, görüşdə humanitar əməkdaşlığa da toxunulub, o cümlədən Bakı-Tehran-Təbriz arasında artan uçuşlar, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq vurğulanıb.

BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan–Ermənistan münasibətlərinin normallaşma prosesi və 🇦zərbaycanın azad edilmiş ərazilərində münaqişədən sonrakı yenidənqurma səyləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Abbas Əraqçi arasında təkbətək görüş keçirilir.

Gündəm24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.

Oxşarxəbərlər

Prezidentdən daha bir SƏRƏNCAM
Manşet

Prezidentdən daha bir SƏRƏNCAM

17/06/2026 15:54
56
SON DƏQİQƏ: Xurşudyanın Rusiya və Qarabağla bağlı dediyi sözlər erməniləri TƏƏCCÜBLƏNDİRDİ
Siyasət

SON DƏQİQƏ: Xurşudyanın Rusiya və Qarabağla bağlı dediyi sözlər erməniləri TƏƏCCÜBLƏNDİRDİ

17/06/2026 15:38
55
Prezident SƏRƏNCAM İMZALADI
Manşet

Prezident SƏRƏNCAM İMZALADI

17/06/2026 15:09
55
Vardanyanın arvadı üstümüzə DƏSTƏ gətirir – Bakıdan SƏRT CAVAB
Siyasət

Vardanyanın arvadı üstümüzə DƏSTƏ gətirir – Bakıdan SƏRT CAVAB

17/06/2026 11:16
55
“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir
Dünya

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
55
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Siyasət

Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi

16/06/2026 18:33
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

17/06/2026 23:25
56
Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

17/06/2026 23:10
57
Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

17/06/2026 22:54
55
Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

17/06/2026 22:36
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
56

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
55

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
56

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.