Ötən il Baku TV-nin “Aktual Gündəm” verilişində çıxış edən müğənni Almaxanım Əhmədli Xalq artisti Siyavuş Kəriminin Respublika “Muğam” və beynəxalq müsabiqədə qaliblərin yerlərini pulla satdığını iddia etmişdi.
Gündəm24.az Bakupost.az-a istinadən xəbər verir ki, AStar Tv “YouTube” layihəsinə qonaq olan Xalq artisti Siyavuş Kərimi bu iddialara yenidən münasibət bildirib.
S. Kərimi səsləndirilən fikirləri təkzib edərək deyib:
“Konservatoriyada heç bir fond olmayıb. Boş söhbətdir. Şahların dalınca həmişə danışırlar. Mənə zəng etdilər, dedim cəfəngiyyatdır, mən ona niyə reaksiya verməliyəm? Boş söhbətdir, cəhənnəm olsun. Getsin sübut etsin”.














