“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinatlar olub.
Gündəm24.az -ın məlumatına görə, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Firəngiz Hüseynova ADY-nin Sərnişin Daşımaları Departamentinin Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Digər əmrlə Mahir Kərimli Biznes analitikası və məlumatların idarə edilməsi şöbəsinə müdir təyin olunub.
Həmçinin daha bir əmrlə isə Ləman Kərimli Keyfiyyət təminatı şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, 2024-cü ildə Xidmət keyfiyyətinin ölçülməsi şöbəsində mütəxəssis vəzifəsində işə başlayan F.Hüseynova yeni təyinatdan əvvəl həmin şöbənin müdir müavini olub.















