Çərşənbə axşamı, Aprel 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib

10/02/2026 21:10
Manşet, Siyasət
45 1
Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib
58
Baxış sayı

Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ikitərəfli əməkdaşlığın beş əsas məqsədini müəyyənləşdirib.

Gündəm24.az-ın məlumatına görə, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanmış Xartiyanın mətnində deyilir.

Sənəddə o cümlədən deyilir:

– Azərbaycan və ABŞ ikitərəfli münasibətlərin əsası kimi bir-birinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstəyi təsdiqləyirlər.

– Strateji Tərəfdaşlıq Xartiyasının işlənib hazırlanması üzrə İşçi qrupunun yaradılması barədə Azərbaycan və ABŞ hökumətləri arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Anlaşma Memorandumundan çıxış edirlər;

– Qarşılıqlı maraq və ümumi fayda verən sahələrdə, o cümlədən regional bağlılıq, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı sahələrində strateji tərəfdaşlığın vacibliyini təsdiqləyirlər;

– Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri möhkəmləndirmək istəyini vurğulayırlar;

– Strateji tərəfdaşlığın və dərinləşdirilmiş əməkdaşlığın planlanması və həyata keçirilməsinə yalnız dövlət orqanlarının deyil, həm də hər iki ölkənin özəl sektorunun cəlb olunmasının vacibliyini təsdiqləyirlər.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi regional bağlılıq və enerji təhlükəsizliyi seçilib. Xüsusilə, Bakı və Vaşington Orta dəhlizin inkişafına diqqət yetirməklə iqtisadi artıma və regional bağlılığa kömək etmək məqsədilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Bundan sonra sənəddə, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur sahəsinə investisiyaların əhəmiyyəti qeyd olunur. Beləliklə, Azərbaycan və ABŞ iqtisadi artımı stimullaşdırmaq, investisiyaları təşviq etmək və ikitərəfli biznes mühitini yaxşılaşdırmaq məqsədilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə – Cənubi Qafqazda sülh hər iki ölkənin ümumi maraqlarına cavab verir, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də beynəlxalq və regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edir.

Bundan sonra institusional əməkdaşlıq məsələsinə diqqət yetirilir: Azərbaycan və ABŞ fəaliyyət göstərən strateji tərəfdaşlıq mexanizmi çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, o cümlədən iqtisadiyyat və ticarət, enerji, bağlılıq, süni intellekt və rəqəmsal inkişaf, həmçinin təhlükəsizlik və müdafiə üzrə işçi qrupları yarada bilərlər.

Oxşarxəbərlər

Prezident manatın məzənnəsindən danışdı
Manşet

Prezident manatın məzənnəsindən danışdı

27/04/2026 19:45
56
XƏBƏRDARLIQ: Bu dondurmaları yeməyin, həyatınız TƏHLÜKƏDƏDİR
Manşet

XƏBƏRDARLIQ: Bu dondurmaları yeməyin, həyatınız TƏHLÜKƏDƏDİR

27/04/2026 17:01
61
Sahibə Qafarova: “MSK ölkənin siyasi sistemində özünəməxsus yer tutur”
Siyasət

Sahibə Qafarova: “MSK ölkənin siyasi sistemində özünəməxsus yer tutur”

27/04/2026 16:53
53
Milli Məclis Prezident İlham Əliyevi təbrik etdi
Manşet

Milli Məclis Prezident İlham Əliyevi təbrik etdi

27/04/2026 13:44
55
Azərbaycan lideri Cənubi Afrika Prezidentini təbrik etdi
Manşet

Azərbaycan lideri Cənubi Afrika Prezidentini təbrik etdi

27/04/2026 11:29
60
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli
Dünya

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu ölkədə sərnişin təyyarəsi qəzaya uğradı – Ölənlər var

Bu ölkədə sərnişin təyyarəsi qəzaya uğradı – Ölənlər var

27/04/2026 23:14
54
Ağ Ev: Trampa qarşı sui-qəsd cəhdi olub

Ağ Ev: Trampa qarşı sui-qəsd cəhdi olub

27/04/2026 22:53
55
“HƏMAS”-ın 14 kilometrlik tunel şəbəkəsi məhv edildi

“HƏMAS”-ın 14 kilometrlik tunel şəbəkəsi məhv edildi

27/04/2026 22:38
57
İsrail HƏRƏKƏTƏ KEÇDİ: “Bu ölkəni yandıracağıq”

İsrail HƏRƏKƏTƏ KEÇDİ: “Bu ölkəni yandıracağıq”

27/04/2026 22:02
58

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In