Çərşənbə, İyul 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?

28/07/2026 22:45
CƏMİYYƏT
39 1
Bakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?
50
Baxış sayı

Yay mövsümündə bəzi meyvələrin, xüsusilə də gilasın bazar qiyməti yüksək olaraq qalır. Hazırda bazarlarda gilasın orta satış qiyməti 7-8 manat civarındadır. Bununla yanaşı, sosial şəbəkələrdə satılmayan gilasların yük maşınları ilə zibilə atıldığını əks etdirən görüntülər yayılıb.

Bu vəziyyət istehsal, satış və məhsulun bazara çıxarılması prosesində hansı problemlərdən xəbər verir?

Gündəm24.az xəbər verir ki, kənd təsərrüfatı eksperti Cəfər İbrahimli Demokrat.az-a açıqlamasında bildirib ki, bu il hava şəraiti bu meyvələr üçün o qədər də uğurlu olmadı:

“Buna görə də məhsuldarlığın əvvəlki illərlə müqayisədə aşağı olacağı gözlənilir. Lakin bunun kompensasiyası digər tərəfdən son iki-üç ildə əkilmiş yeni bağ sahələri hesabına mümkün ola bilər. Yəni həmin meyvə bağlarının sahəsi artıb və artıq yeni məhsullar əldə olunur. Bu da məhsuldarlıq aşağı olsa belə, ümumi istehsalın əvvəlki illərin səviyyəsində qalmasını təmin edə bilər. İkinci məsələ qiymətlərlə bağlıdır. Mövsümü keçən illə müqayisə etdikdə, qiymət dəyişikliklərində ciddi fərq müşahidə etmirik. Təxminən ötən il də bu dövrdə həmin məhsulların bazarlardakı qiyməti eyni səviyyədə olub”.

Ekspertin sözlərinə görə, meyvənin satışı ilə bağlı müəyyən çətinliklər ola bilər:

“Çünki bu məhsullar təzə meyvədir və saxlanma müddəti çox məhduddur. Onların ömrünü uzatmaq üçün əsas imkanlardan biri dondurucularda saxlanılmasıdır. Ölkədə kifayət qədər dondurucu imkanları var və bu üsulla məhsulun xarab olma müddətini müəyyən qədər uzatmaq mümkündür. Digər vacib məsələ isə ixracla bağlıdır. Bildiyiniz kimi, bu məhsullar daha çox ənənəvi bazarlara, xüsusilə Rusiyaya ixrac olunurdu. Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi amillər ixrac imkanlarına təsir göstərə bilər. Bu, dəqiq məlumat deyil, amma ehtimal olunur ki, ixracın sərfəliliyi azaldığı üçün məhsul daha çox daxili bazara yönəlib. Bu da bazarda bolluğun yaranmasına və məhsulun satışında müəyyən çətinliklərə səbəb olmuş ola bilər. Bu məsələlərin həllində ən vacib istiqamətlərdən biri emal sənayesinin inkişafıdır. Yəni bu tip kənd təsərrüfatı məhsullarının emala yönəldilməsi və onlardan hazır məhsulların istehsal olunması vacibdir. Emal sahəsindəki çətinliklər uzun illərdir kənd təsərrüfatının bu istiqamətlərində müəyyən problemlər yaradır. Lakin kənd təsərrüfatı ilə bağlı yeni hazırlanan proqramda 2030-cu ilə qədər emal sənayesinin inkişafına və ümumilikdə aqrar sahəyə ciddi dəstək verilməsi nəzərdə tutulur. Bu istiqamətdə işlər həyata keçirildiyi təqdirdə, hesab edirəm ki, belə yaş məhsulların gələcəkdə bu cür problemlərlə üzləşməsi daha az müşahidə olunacaq”.

Oxşarxəbərlər

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında – VİDEO
CƏMİYYƏT

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında – VİDEO

28/07/2026 23:37
50
Bakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?
CƏMİYYƏT

Bakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?

28/07/2026 22:45
50
Sumqayıtda və ətraf qəsəbələrdə işıq böhranı: Corat və Sarayda da fasilələr yaranıb
CƏMİYYƏT

Sumqayıtda və ətraf qəsəbələrdə işıq böhranı: Corat və Sarayda da fasilələr yaranıb

28/07/2026 22:27
50
697,5 bal toplayan Aysu: “Hədəfim 700 bal idi”
CƏMİYYƏT

697,5 bal toplayan Aysu: “Hədəfim 700 bal idi”

28/07/2026 20:55
51
Avqustda neçə gün iş olmayacaq?
CƏMİYYƏT

Avqustda neçə gün iş olmayacaq?

28/07/2026 20:41
50
Sumqayıtdakı gimnaziyanın məzunu qəbul imtahanında maksimum nəticə göstərdi
CƏMİYYƏT

Sumqayıtdakı gimnaziyanın məzunu qəbul imtahanında maksimum nəticə göstərdi

28/07/2026 18:12
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında – VİDEO

28/07/2026 23:37
50
Aİ Ermənistandan Rusiya ilə əlaqələri kəsməyi tələb edib – Rusiya Xarici Kəşfiyyat Xidməti

Aİ Ermənistandan Rusiya ilə əlaqələri kəsməyi tələb edib – Rusiya Xarici Kəşfiyyat Xidməti

28/07/2026 23:17
50
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi

Putin iki türk ölkəsi ilə bağlı əmr verdi

28/07/2026 23:09
50
CIA və “Mossad” Müctəba Xameneinin izinə düşdü

CIA və “Mossad” Müctəba Xameneinin izinə düşdü

28/07/2026 22:57
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda yola aşan ağac iki gündür götürülmür-FOTOLAR

Sumqayıtda yola aşan ağac iki gündür götürülmür-FOTOLAR

28/07/2026 14:50
59

Göyçənin unudulmayan yurdu – Nərimanlı kəndinin zəngin tarixi

Göyçənin unudulmayan yurdu – Nərimanlı kəndinin zəngin tarixi

28/07/2026 10:05
68

Təpəbaşı məscidi – İrəvanın qədim dini-memarlıq abidələrindən biri

Təpəbaşı məscidi – İrəvanın qədim dini-memarlıq abidələrindən biri

27/07/2026 10:07
74

Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

24/07/2026 15:51
97

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In