Vətəndaşlara banklara depozit yerləşdirərkən əmanətin sığortalanması şərtlərinə diqqət yetirməyi tövsiyə edib.vətəndaşlara banklara depozit yerləşdirərkən əmanətin sığortalanması şərtlərinə diqqət yetirməyi tövsiyə edib.
Bank eksperti Emin Kərimov ajans.az-a açıqlamasında bildirib ki, əmanət yerləşdirərkən ilk növbədə onun Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi şərtlərə uyğun olub-olmadığı dəqiqləşdirilməlidir.
O bildirib ki, fondun şərtlərinə uyğun olmayan depozitlər sığortalanmamış hesab edilə bilər. Belə hallarda bank bağlandıqda və ya müflis elan olunduqda əmanətin geri qaytarılmaması riski yaranır.
Ekspertin sözlərinə görə, sığortalanma şərtlərinə cavab verən əmanətlər isə qanunvericiliklə müəyyən edilmiş qaydada qorunur və bankın müflis olması halında kompensasiya ödənilməsi nəzərdə tutulur.
E.Kərimov qeyd edib ki, bəzi banklar müştəriləri cəlb etmək üçün daha yüksək faiz dərəcələri təklif edə bilər. Lakin belə təklifləri dəyərləndirərkən yalnız qazanc imkanına deyil, əmanətin sığortalanıb-sığortalanmadığına da diqqət yetirmək vacibdir.
Ekspert vətəndaşlara depozit yerləşdirməzdən əvvəl həm bankın şərtlərini, həm də Əmanətlərin Sığortalanması Fondunun tələblərini ətraflı araşdırmağı tövsiyə edib. O vurğulayıb ki, bu, mümkün maliyyə itkilərinin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.













