Şənbə, İyun 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu ərazilərdə mənzillər BAHALAŞIR

04/04/2026 12:10
CƏMİYYƏT
59 1
Bu ərazilərdə mənzillər BAHALAŞIR
76
Baxış sayı

Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir.

Aidiyyəti qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir.

Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 260 qəzalı bina mövcuddur. Qəzalı tikililərin böyük əksəriyyəti paytaxtın payına düşür. Belə ki, Bakıda 228, Sumqayıtda 21, Gəncədə isə 11 qəzalı bina qeydə alınıb.

Paytaxt Bakıda söküntülərin aparılacağı ərazilər artıq müəyyənləşib.

Qəzalı binalar Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarını əhatə edir. Bu binalar mərhələli şəkildə söküləcək, onların yerində isə şəhərsalma tələblərinə uyğun olaraq yaşıllıq zolaqları, parklar, yol infrastrukturu və yeni yaşayış binaları salınacaq.

Qeyd edək ki, proses təkcə təhlükəsizlik məqsədi daşımır, eyni zamanda şəhərlərin ümumi görünüşünün yaxşılaşdırılması və müasir urbanizasiya standartlarına uyğunlaşdırılması hədəflənir. Söküntü və yenidənqurma işlərinin yaxın gələcəkdə başlanması gözlənilir. Hazırda paytaxtın müəyyən ərazilərində aparılan söküntü zamanı əhaliyə 2700 AZN-dək kompensasiya təklif olunur.

Söküntü aparılacaq ərazilərdə yaşayan sakinlərin köçürülməsi və sosial məsələlərlə bağlı qərarların da aidiyyəti qurumlar tərəfindən mərhələli şəkildə açıqlanacağı bildirilir.

Bu layihə təbii ki, daşınmaz əmlak bazarındakı qiymətlərə təsirsiz qalmayacaq.

Gündəm24.az  xəbər verir ki, mövzu ilə bağlı danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, bu layihənin icrası daşınmaz əmlak bazarındakı qiymətlərə birbaşa təsir göstərir:

“Bu cür layihələrin icrası ilk növbədə kirayə mənzil bazarına təsir edir. Çünki sökülən evlərin yerəndə çox zaman yeni binalar inşa edilir. Belə vəziyyətdə evləri sökülən sakinlər müəyyən müddətdə haradasa kirayə qalmaq məcburiyyətində qalırlar. Üstəlik, kirayə haqqını tikinti şirkəti ödədiyi üçün sakinlər bu işə həvəslə gedirlər.

Yox, əgər sökülən evlərin yenində infrastruktur layihə həyata keçirilirsə, o zaman vətəndaşa birdəfəlik kompensasiya məbləği ödənilir. Belə hallarda isə vətəndaş birbaşa mənzillərin satış seqmentinə müraciət edir. Ona görə də bütün variantlarda söküntülər həm kirayə, həm də satış seqmentinə birbaşa təsir edir. Təbii ki, müraciətlərin sayı artdıqca daşınmaz əmlak bazarında qiymətlər də yüksəlir”.

Müsahibimiz onu da qeyd edib ki, bu layihənin icrası müəyyən vaxt aparacaq:

“Həm investorların tapılması, həm də dövlət büdcəsindən ayırmalar müəyyən bir dövr tələb edir. Bütün hallarda 260 ünvanda növbəlilik əsasında söküntü işlərinə başlanılacaq. Prosesə bu il başlanılaca və bununla əlaqədar olaraq sənəddə adı qeyd olunan şəhərlərdə qiymət artımı gözlənilir. İlkin ehtimallara görə daşınmaz əmlak bazarında 10-15 faiz arasında bahalaşma proqnozlaşdırılır”.

Qiymət artımı nə vaxtadək davam edəcək?

“Reallıq ondan ibarətdir ki, daşınmaz əmlak bazarında qiymət artımı ən azı 2030-cu ilə qədər davam edəcək. Səbəb də odur ki, investisiya cazibədarlığı baxımından daşınmaz əmlak bazarı alternativsizdir. Əgər yaxın 5 ildə alternativ investisiya alətləri – birjalar, qiymətli kağızlar bazarı formalaşarsa, o zaman mənzil bazarında qiymətlər sabitləşə bilər”, – Vüqar Oruc əlavə edib.\\bizimmedia

Oxşarxəbərlər

Taxıl bazarında həyəcan: Çörəyin bahalaşması qaçılmazdır?
CƏMİYYƏT

Taxıl bazarında həyəcan: Çörəyin bahalaşması qaçılmazdır?

20/06/2026 11:08
56
Qənirə Ataşovadan evlilik etirafı: “Bu günə qədər…”
CƏMİYYƏT

Qənirə Ataşovadan evlilik etirafı: “Bu günə qədər…”

20/06/2026 10:54
54
“Avtovağzal” metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq – VİDEO
CƏMİYYƏT

“Avtovağzal” metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq – VİDEO

20/06/2026 10:47
55
Azərbaycanda bu məntəqə BAĞLANDI
CƏMİYYƏT

Azərbaycanda bu məntəqə BAĞLANDI

20/06/2026 10:46
55
“CityNet” internet provayderi çökdü
CƏMİYYƏT

“CityNet” internet provayderi çökdü

20/06/2026 10:23
54
Qəfil vəziyyətlərə hazır olun – XƏBƏRDARLIQ
CƏMİYYƏT

Qəfil vəziyyətlərə hazır olun – XƏBƏRDARLIQ

20/06/2026 09:48
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Taxıl bazarında həyəcan: Çörəyin bahalaşması qaçılmazdır?

Taxıl bazarında həyəcan: Çörəyin bahalaşması qaçılmazdır?

20/06/2026 11:08
56
Qənirə Ataşovadan evlilik etirafı: “Bu günə qədər…”

Qənirə Ataşovadan evlilik etirafı: “Bu günə qədər…”

20/06/2026 10:54
54
“Avtovağzal” metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq – VİDEO

“Avtovağzal” metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq – VİDEO

20/06/2026 10:47
55
Azərbaycanda bu məntəqə BAĞLANDI

Azərbaycanda bu məntəqə BAĞLANDI

20/06/2026 10:46
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
65

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.