Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopezin şəxsi həyatı ilə bağlı yeni iddia gündəmə gəlib. Onun britaniyalı aktyor Brett Qoldşteynlə romantik münasibət yaşadığı irəli sürülüb.
Gündəm24.az xəbər verir ki, xarici mətbuatda yayılan məlumatlara görə, Lopezlə Qoldşteynin yaxın münasibəti barədə söz-söhbətlər onların birlikdə çəkildikləri “Office Romance” filmi ilə bağlı müzakirələrdən sonra artıb.
46 yaşlı Brett Qoldşteyn tamaşaçılara daha çox “Ted Lasso” serialındakı Roy Kent obrazı ilə tanışdır. Aktyor həmçinin ssenarist kimi də fəaliyyət göstərir.//sfera.az













