Əməkdar artist Lalə Məmmədova yeni görünüşü ilə diqqət çəkib.
Gündəm24.az -ın məlumatına görə, sənətçi uzun müddətdir istifadə etdiyi qısa saç tərzindən imtina edərək saçlarını uzadıb. Müğənni yeni imici ilə kamera qarşısına keçərək görüntülərini izləyiciləri ilə paylaşıb.
Lalə Məmmədovanın fərqli tərzi sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər onun yeni görünüşü ilə bağlı çoxsaylı rəylər yazaraq dəyişimi bəyəndiklərini bildiriblər.














