Bazar, İyun 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İran qəsdən hücum edib, yoxsa səhvdir? – Fotofakt

05/03/2026 13:59
CƏMİYYƏT
54 2
İran qəsdən hücum edib, yoxsa səhvdir? – Fotofakt
71
Baxış sayı

Bu gün İran PUA-larının Naxçıvan Beynəlxalq Hava Limanına düşməsi bir vacib suala qaçılmaz cavab tələb edir: Bu, qəsdən edilən hücumdur, yoxsa müharibə fəsadı, yanılma, səhv?

Gündəm24.az axaraz-a istinadən xəbər verir ki, İran 28 fevraldan indiyədək olmayan səviyyədə hücumla üz-üzədir: Ölkənin ali dini lideri də daxil olmaqla, komandanlıq ilk dəqiqələrdə aradan götürülüb, ardınca zərbələr intensivləşib. Hər keçən gün zərbələrin miqyası artıq.

İran cavab olaraq Körfəz ölkələrinə də hücum edir, baxmayaraq ki, özü buna “ABŞ-ın regiondakı hərbi varlığının hədəf alınması” adını qoyub. Ancaq ərəb ölkələrində neft bazaların, enerji sisteminin, hava və dəniz limanlarının hədəf seçilməsinin ABŞ bazaları ilə heç bir əlaqəsi yoxdur.

İran buna da cavab verə bilər: Körfəz ölkələri hava məkanını İsrail və ABŞ ordularına açıb, buna görə də müharibənin passiv də olsa, iştirakçısı sayılırlar. Bəs, ötən gün Türkiyəyə ballistik raket hücumu, bu gün isə Naxçıvan aeroportuna zərbənin izahı varmı?

Ötən gün Qərb mediası İranın ballistik raketinin Türkiyədə “ABŞ bazasına doğru istiqamətləndiyi” haqda məlumat yaymışdı. İran özü isə Türkiyədə hər hansı obyekti hədəf almadığını açıqladı. Buna baxmayaraq, Türkiyə istiqamətində raketin də bir “yozumunu” İran tapa bilər.

Azərbaycan niyə hədəf seçilir? Bəlkə, PUA-lar hədəfdən yayınıb? Yanlışlıq olub? Bəlkə, PUA-lar fərqli istiqamətə uçarkən sərhədi keçib və HHM sistemləri tərəfindən vurulub, fəsadlar PUA qalıqlarınındır?

Son sualdan başlayaq. Bu videoya baxın:

Açıq-aydın görünür ki, burada PUA-nın vurulması və yaxud PUA qalığının əraziyə düşməsindən söhbət getmir – burda PUA məhz hücum edir. Həm də bu PUA Naxçıvan Beynəlxalq Hava Limanı yaxınlığındakı məktəbin ərazisinə hücum edir.

Demək, burda hücumdan danışmalıyıq!

Bəlkə, PUA-lar hədəfdən yayınıb və idarəetmədən çıxıb?

Xəritələrə baxın:

1. İsrail və ABŞ İrana Körfəzdən, ərəb ölkələrinin hava məkanından hücum edir – İranın şimal-qərbinin Azərbaycanla sərhəd hissəsinin sol tərəfi Türkiyə iləuzun sərhəd zolağını əhatə edir. Türkiyə ilə bu sərhəd zolağının uzunluğu 534 kilometrdir. Türkiyənin hava məkanından İrana heç bir hücum baş vermədiyi üçün İranın müdafiə və hücum istiqaməti Azərbaycan sərhədindən ən azı 300-400 km cənubda olmalıdır.

2. İsrail və ABŞ İranın şimal-qərbində yalnız Təbriz və Urmiyadakı hərbi obyektlərə zərbə endirir. Xəritədən də göründüyü kimi, Təbriz və Urmiyadan Azərbaycan sərhədinə qədər məsafə 200 km-dən çoxdur.

Naxçıvana düşən hücum PUA-larıdır. Bu hücum PUA-ları ölkənin şimal-qərb sərhədində nə gəzir?

3. Vətən müharibəsi zamanı da həm Azərbaycan, həm də Ermənistan tərəfdən İran ərazisinə top mərmilərinin düşməsi faktı olmuşdu, ancaq bunun təsadüf olduğu dərhal açıqlanmış, üzr istənilmişdi, baxmayaraq ki, İran ən sərt şəkildə bu təsadüfə görə Azərbaycanı hədələmişdi.

İndi isə təkzib yoxdur, dərhal açıqlama da verilməyib.

4. Əgər doğrudan da hər hansı təsadüf, səhv baş veribsə, təsadüfən hücum PUA-ları Azərbaycanla sərhəddə uçarkən səhv edibsə, niyə məhz strateji infrastruktura – beynəlxalq hava limanına yönəlir?

5. Necə olur ki, iki PUA eyni vaxtda təsadüfən sərhədi keçir və ikisi də məhz aeroporta düşür?

6. SEPAH-a yaxın teleqram kanalları bu xəbəri bu cür tirajlayır: “Azərbaycana hücum etdik”.

Bu qədər “təsadüf” olmur və SEPAH kanalları haqlıdır.

Bu hücumdur!

Oxşarxəbərlər

XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI – FOTO
CƏMİYYƏT

XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI – FOTO

20/06/2026 22:49
54
Qazaxa ovuc boyda dolu yağdı – VİDEO
CƏMİYYƏT

Qazaxa ovuc boyda dolu yağdı – VİDEO

20/06/2026 22:07
53
Çoxuşaqlı ailələrə mənzil güzəştləri edilə bilər – VACİB AÇIQLAMA
CƏMİYYƏT

Çoxuşaqlı ailələrə mənzil güzəştləri edilə bilər – VACİB AÇIQLAMA

20/06/2026 17:15
55
1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO
CƏMİYYƏT

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO

20/06/2026 17:00
53
Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunda buraxılışa qatıldı – FOTOLAR
CƏMİYYƏT

Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunda buraxılışa qatıldı – FOTOLAR

20/06/2026 16:30
54
Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə – Temperatur AÇIQLANDI
CƏMİYYƏT

Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə – Temperatur AÇIQLANDI

20/06/2026 16:01
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kiyev Belarusa qarşı hücuma hazırlaşır? – SENSASİON İDDİA

Kiyev Belarusa qarşı hücuma hazırlaşır? – SENSASİON İDDİA

20/06/2026 23:11
54
İllər sonra şad xəbər verildi – Allahın möcuzəsi adlandırılır – FOTO

İllər sonra şad xəbər verildi – Allahın möcuzəsi adlandırılır – FOTO

20/06/2026 22:53
53
XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI – FOTO

XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI – FOTO

20/06/2026 22:49
54
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində – VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində – VİDEO

20/06/2026 22:30
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.