ABŞ-İran anlaşma memorandumunda qeyri-müəyyənliklər və fikir ayrılıqları var, bunlar Livandakı qədər açıq və təhlükəli deyil.
Gündəm24.az xəbər verir ki, bunu ABŞ prezidentinin İran üzrə keçmiş xüsusi nümayəndəsi Robert Mali deyib.
Müharibənin vurduğu ziyana toxunan keçmiş rəsmi İranın yüz milyardlarla dollar itki verdiyini, ÜDM-də əhəmiyyətli dərəcədə azalma yaşadığını bildirib. Mali neft satışından və ya dondurulmuş aktivlərə məhdud çıxışdan əldə edilən potensial faydaların bu itkilərlə müqayisədə çox az olduğunu qeyd edib.
Danışıqların gələcəyi ilə bağlı o, bütün nüvə və sanksiya mübahisələrini 60 gün ərzində həll etməyin mümkün olmayacağını söyləyib.
Robert Mali tərəflərin məhdud razılaşmalara və ya danışıqların uzadılması taktikasına əl ata biləcəyini proqnozlaşdırıb və dialoqun uğursuzluğunun müharibənin yenidən başlamasına və Hörmüz boğazında yeni böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.













