Şənbə, Sentyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İstanbulda DƏHŞƏT: 12 yaşlı azərbaycanlı güllələndi – TƏFƏRRÜAT

09/09/2026 12:22
Kriminal, Manşet
823 9
İstanbulda DƏHŞƏT: 12 yaşlı azərbaycanlı güllələndi – TƏFƏRRÜAT
688
Paylaşım sayı
956
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

İstanbulun Küçükçekmece rayonunun Halkalı bölgəsində silahlı qarşıdurma zamanı 12 yaşlı azərbaycanlı uşaq yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə sentyabrın 6-da, bazar günü axşam saatlarında baş verib.

İki nəfər arasında başlayan mübahisənin silahlı davaya çevrildiyi bildirilir. Tərəflərin atışması zamanı güllələrdən biri hadisə ilə heç bir əlaqəsi olmayan, dostları ilə futbol oynayan 12 yaşlı Abbas Məmiyevin topuğuna dəyib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları yaralı uşağa ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya çatdırıb. Abbas əməliyyat olunub və topuğundakı güllə çıxarılıb. Onun vəziyyətinin stabil olduğu və həyatı üçün təhlükə olmadığı bildirilib.

Məlumata görə, azərbaycanlı ailənin övladı olan Abbas hadisədən cəmi iki həftə əvvəl futbol məktəbinə yazılıbmış. Futbola böyük marağı olan uşağın aldığı xəsarət onun futbol arzularını yarımçıq qoyub.

Abbasın atası Əflatun Məmiyev hadisə zamanı evdə olduqlarını bildirib:

“Evdə oturmuşduq. Uşağım dostları ilə 10 dəqiqə futbol oynamağa çölə çıxmışdı. Bizə zəng edib dedilər ki, oğlunuza güllə dəyib. Dərhal hadisə yerinə qaçdıq. Güllə uşağımıza da dəyib. Dabanından güllə yarası alıb. Təcili tibbi yardım qrupları gəlib uşağımı xəstəxanaya apardılar. Əməliyyat edib gülləni çıxardılar. Hazırda vəziyyəti sabitdir və onun evə buraxılmasını gözləyirik”.

Ata oğlunun hadisə zamanı heç bir tərəflə əlaqəsinin olmadığını və təsadüfi şəkildə güllənin hədəfinə çevrildiyini deyib:

“Uşağım orada dayanarkən heç bir səbəb olmadan qəfildən güllələnib. Dostları ilə oynamaq üçün çölə çıxmışdı. Allaha şükür ki, ayağına dəyib. Başqa yerə dəysəydi, daha pis ola bilərdi”.

Əflatun Məmiyev hadisə ilə bağlı polisə şikayət etdiklərini də bildirib. Onun sözlərinə görə, atəş açan şəxslərin kimliyi hələlik müəyyən edilməyib:

“Onlardan heç biri bizə müraciət etməyib. Kim olduqlarını, onu kimin vurduğunu bilmirik. Onu kimin vurduğu bəlli deyil. Şikayət ərizəsi təqdim etdik. Əlbəttə ki, onların cəzalandırılmasını istəyirik. Bizim üçün ən vacib olan uşağımın sağlamlığının yaxşı olmasıdır”.


Ata hadisənin Abbasda ciddi qorxu yaratdığını da qeyd edib:

“Eşitdik ki, həmin şəxslər bizimlə eyni məhəllədə, bir-iki küçə aralıda yaşayırlar. Əlbəttə ki, qorxuruq, uşağımız üçün narahatıq. Uşağım indi çölə çıxmaqdan çox qorxur. Xəstəxanadan çıxdıqdan sonra vaxtaşırı müayinə üçün xəstəxanaya gedəcəyik”.

Əflatun Məmiyev oğlunun futbol məktəbinə hadisədən cəmi iki həftə əvvəl yazıldığını və bu hadisənin onun futbol arzularına ağır zərbə vurduğunu bildirib:

“Uşağım iki həftə əvvəl futbol məktəbinə yazıldı. Bu hadisə səbəbindən futbol karyerası başlamazdan əvvəl başa çatdı. Bu vəziyyət məni çox kədərləndirir”.

Oxşarxəbərlər

Toylarda zəhərlənmələrə SON? – Yeni dövlət proqramı
Manşet

Toylarda zəhərlənmələrə SON? – Yeni dövlət proqramı

12/09/2026 16:00
957
Hikmət Hacıyev erməni saxtakarlığını BELƏ İFŞA ETDİ – VİDEO
Manşet

Hikmət Hacıyev erməni saxtakarlığını BELƏ İFŞA ETDİ – VİDEO

12/09/2026 15:27
953
Bu şəxslərin səbri daşacaq –XƏBƏRDARLIQ
Manşet

Bu şəxslərin səbri daşacaq –XƏBƏRDARLIQ

12/09/2026 15:07
952
Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb
Kriminal

Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

12/09/2026 14:33
952
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“
Manşet

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“

12/09/2026 14:09
962
Zəngəzur dəhlizində YENİ MƏRHƏLƏ – Hərəkətə keçilir
Manşet

Zəngəzur dəhlizində YENİ MƏRHƏLƏ – Hərəkətə keçilir

12/09/2026 13:57
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Toylarda zəhərlənmələrə SON? – Yeni dövlət proqramı

Toylarda zəhərlənmələrə SON? – Yeni dövlət proqramı

12/09/2026 16:00
957
Hikmət Hacıyev erməni saxtakarlığını BELƏ İFŞA ETDİ – VİDEO

Hikmət Hacıyev erməni saxtakarlığını BELƏ İFŞA ETDİ – VİDEO

12/09/2026 15:27
953
Bu şəxslərin səbri daşacaq –XƏBƏRDARLIQ

Bu şəxslərin səbri daşacaq –XƏBƏRDARLIQ

12/09/2026 15:07
952
Zelenski Putinə əl uzatdı, amma… – SON DƏQİQƏ AÇIQLAMASI

Zelenski Putinə əl uzatdı, amma… – SON DƏQİQƏ AÇIQLAMASI

12/09/2026 15:05
962

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İpək yolunun Dərələyəzdəki qədim yadigarı – Səlim karvansarası

İpək yolunun Dərələyəzdəki qədim yadigarı – Səlim karvansarası

11/09/2026 08:37
959

Qərbi Azərbaycan – Dərələyəz mahalı, Ələyəz kəndi

Qərbi Azərbaycan – Dərələyəz mahalı, Ələyəz kəndi

10/09/2026 08:15
964

Qərbi Azərbaycan, Avan kəndi

Qərbi Azərbaycan, Avan kəndi

09/09/2026 08:29
960

Qərbi Azərbaycan, Avan kəndi

Qərbi Azərbaycan, Avan kəndi

09/09/2026 08:29
959

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.