Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kiyevdə mülki əhali vurulur: “Rusiya bununla mesaj çatdırır”

15/05/2026 12:48
Dünya
814 26
Kiyevdə mülki əhali vurulur: “Rusiya bununla mesaj çatdırır”
695
Paylaşım sayı
965
Baxış sayı

Son həftələr Rusiyanın Ukraynanın müxtəlif şəhərlərində mülki obyektləri hədəfə alan hücumlarının yenidən intensivləşdiyi müşahidə olunur. Ötən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə raket və PUA-larla hücum edib. Bu hücum nəticəsində azı 12 nəfər həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Yaşayış məntəqələri, enerji infrastrukturu və sosial obyektlərə hücumlar narahatçılıq doğurur. Moskva bununla nəyə nail olmaq istəyir?

Sfera.az-a açıqlama verən politoloq Cavanşir Abbaslı bildirib ki, Rusiya hazırda “yaralı aslan” obrazında çıxış edir:

 

“Xüsusilə də bu obrazın formalaşmasına səbəb olan əsas məqamlardan biri 9 May Qələbə Paradı ilə bağlı Ukrayna tərəfinin sərgiləyin davranışlar oldu. Hətta dünya mediasında Ukraynanın Rusiyaya parad keçirməyə “icazə verdiyi” yönündə xəbərlər də tirajlandı. Bu isə istər-istəməz Putin administrasiyasını sözün həqiqi mənasında özündən çıxardı. Ona görə də Rusiya tərəfinin bu cür cavab verəcəyi gözlənilən idi. Qələbə paradının ilk dəfə olaraq cəmi 45 dəqiqə davam etməsi, çox qısa müddətdə başlayıb-bitməsi, eləcə də hərbi texnikasız keçirilməsi onu deməyə əsas verirdi ki, Rusiya tərəfi hədsiz dərəcədə ehtiyat edir və mütləq şəkildə bunun cavabını verəcək. Təəssüflər olsun ki, indiyə qədər mülki obyektləri hədəfə alan Rusiya artıq Ukraynanın paytaxtına da hücum edir. Mülki əhalinin yaşadığı ərazilərin olub-olmamasını belə nəzərə almadan zərbələr endirilir. Son günlərdə, daha doğrusu, son aylarda Ukraynanın Moskvaya tez-tez dron hücumları həyata keçirməsinin də cavabsız qalmayacağı gözlənilən idi. Hesab edirəm ki, Rusiya bununla Ukraynaya  “Sən mənim paytaxtımı vurursansa, mən də sənin paytaxtını vuraram” mesajını verməyə çalışıb”.

 

C.Abbaslı artıq müharibələrin etik çərçivələrdən çıxdığını əlavə edib:

 

“Əvvəllər müharibələrin də müəyyən etik qaydaları vardı. Amma artıq bunlar qorunmur. Bu isə təkcə Rusiya-Ukrayna savaşında özünü göstərmir. Son olaraq ABŞ və müttəfiqi İsrailin İrana hücumlarında da bunun şahidi olduq. Orada da mülki əhalinin yaşadığı ərazilər nəzərə alınmadan müxtəlif nöqtələrə zərbələr endirildi. İran tərəfində də çoxlu sayda mülki insan həyatını itirdi, hətta körpələr belə nəzərə alınmadı. Bu isə onu göstərir ki, böyük güclər artıq “mən istədiyimi edirəm” davranışı sərgiləyirlər. Bu da olduqca təhlükəli tendensiya yaradır və dünya üçün heç də xoş gələcək vəd etmir. Təbii ki, burada Rusiyanın əsas məqsədi Ukrayna cəmiyyətində, xüsusilə də əhali arasında xof yaratmaqdır. Onsuz da biz Ukrayna savaşında Buça terroru kimi əsrin faciələrindən birinin yaşandığını gördük. Onun fonunda bu cür nöqtə atışlarının olacağı gözlənilən idi və görünən odur ki, bundan sonra da belə zərbələrin şahidi olacağıq. Sadəcə olaraq, təəssüflənməkdən başqa əlimizdən çox da bir şey gəlmir. Dünyanın iki əsas supergücü – Rusiya və Amerika apardıqları savaşlarda mülki əhalini də hədəfə götürürlərsə, deməli, bu dünyanın gələcəyi heç də xoş görünmür”.

 

Oxşarxəbərlər

BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ
Manşet

BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

24/09/2026 00:37
959
Türkiyə İraqdakı bazanı tərk edir – Ərdoğan açıqladı
Dünya

Türkiyə İraqdakı bazanı tərk edir – Ərdoğan açıqladı

23/09/2026 23:26
955
“Kurtlar Vadisi”nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünya

“Kurtlar Vadisi”nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır

23/09/2026 21:57
957
Tramp İranla razılığa gəlməyə hazırdır
Dünya

Tramp İranla razılığa gəlməyə hazırdır

23/09/2026 21:43
957
Evdə keçirilən ziyafətdə atışma: 11 nəfər öldü – bu ölkədə
Dünya

Evdə keçirilən ziyafətdə atışma: 11 nəfər öldü – bu ölkədə

23/09/2026 20:21
955
Məhkəməyə bu geyimdə gələn vəkillə hakim arasında gərginlik – GÖRÜNTÜLƏR
Dünya

Məhkəməyə bu geyimdə gələn vəkillə hakim arasında gərginlik – GÖRÜNTÜLƏR

23/09/2026 18:31
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

8 ildən sonra rahat nəfəs alacaq 3 bürc

8 ildən sonra rahat nəfəs alacaq 3 bürc

24/09/2026 00:49
993
BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

24/09/2026 00:37
959
Bu sürücülərdən 30 manat haqq tutulacaq — Qərar

Bu sürücülərdən 30 manat haqq tutulacaq — Qərar

24/09/2026 00:30
973
Müğənni Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki

24/09/2026 00:05
967

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.