Şənbə, İyun 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak etdi – FOTOLAR

10/12/2025 18:52
CƏMİYYƏT, Manşet
58 2
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak etdi – FOTOLAR
76
Baxış sayı

Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Gündəm24.az AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak edib.

Qonaqlar əvvəlcə Türkmənistanın zəngin mədəni irsini və bugünkü uğurlarını nümayiş etdirən sərgi ilə tanış olublar. Ekspozisiyada ölkənin müxtəlif sahələrdə uğurlarını əyani təqdim edən, qadınların dövlət quruculuğu, iqtisadiyyat, elm, təhsil və səhiyyədə fəal iştirakını göstərən stendlər də yer alıb.

Konfrans qadınların rolunun gücləndirilməsi və davamlı inkişafın qlobal gündəminin təbliği sahəsində mühüm təşəbbüslərin müzakirəsi üçün beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirib.

Tədbirin açılışında çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva konfransın fəal və konstruktiv dialoq şəraitində keçəcəyinə əminliyini ifadə edib. O, təşkil olunan konfransın humanizmə sadiqlik ideyasına əsaslanan təşəbbüslərin təşviqi baxımından səmərəli platforma olacağını bildirib. “Övladlarımıza həyat dəyərlərini öyrədən, sülh və hörmət mədəniyyətini aşılayan qadınlardır. Onların dəstəyi humanist cəmiyyət üçün əsasdır. Hərtərəfli yardımın təmin edilməsi üçün qadın və uşaqlara dəstək mərkəzlərinin beynəlxalq şəbəkəsinin yaradılması zəruridir. Uşaqlara tibbi və psixoloji yardım, qadınlara sosial və hüquqi dəstək, operativ humanitar yardım, mobil tibbi qrupların formalaşdırılması mühüm məsələlərdəndir”, – deyə Oğulcahan Atabayeva vurğulayıb. O, həmçinin qadınların sosial, siyasi və iqtisadi proseslərdə fəal iştirakının əhəmiyyətindən danışıb.

BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il üç mühüm tarixin – Birləşmiş Millətlər Təşkilatının 80, Pekin Bəyannaməsinin 30 və Türkmənistanın daimi neytrallıq statusunun beynəlxalq səviyyədə tanınmasının 30 illik yubileylərinin qeyd edildiyini bildirib. “Türkmənistanın neytrallıq statusu ölkənin dialoq, vasitəçilik və əməkdaşlığın inkişafına istiqamətlənmiş xarici siyasətinin əsasını təşkil edir. Türkmənistanda qadınlar bu proseslərdə mühüm rol oynayırlar. Onlar ölkəni BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil edir, danışıqlara qatılır və çoxtərəfli dialoqun genişlənməsinə töhfə verirlər. Qadınlar, eyni zamanda, parlamentdə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, sosial müdafiə və səhiyyə məsələlərində fəal iştirak edirlər”, – deyə baş direktor diqqətə çatdırıb.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ölkələrində qadın hüquqlarının müdafiə edildiyini diqqətə çatdıraraq deyib ki, qızlar və qadınlar üçün pulsuz magistr proqramları, dünyanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər təsis olunub. Hazırda xaricdə dövlət vəsaiti ilə təhsil alan tələbələrin 35 faizi qadınlardır. Biz, həmçinin qadın sahibkarlar üçün keyfiyyətli maliyyələşdirmə, mentorluq və dünya təcrübəsinə çıxış imkanı verən unikal sürətləndirici proqram yaratmışıq”, – deyə o bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında qeyd edib ki, qadınların liderliyi, biliyi və təcrübəsi cəmiyyətin davamlı inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, o cümlədən beynəlxalq layihələri barədə məlumat verib. “Fond bir sıra ölkələrdə, eləcə də Çin, Gürcüstan, Misir, Rusiya, Rumıniya, Vyetnam və Niderlandda məktəblərin tikintisi və yenidən qurulması layihələri həyata keçirib. Pakistanda qızlar məktəbi və məktəb infrastrukturunun yenidən qurulması, eləcə də Keniya və Ruandada informasiya texnologiyaları avadanlığının təchizatı üzrə proqramlar icra edilib”. O, həmçinin Burkina-Faso, Mali, Niger və Hondurasdakı layihələrlə qızların təhsilinə və inkişafına dəstək göstərildiyini vurğulayıb. Qadınların müasir cəmiyyətdə xüsusi yer tutmalarından məmnunluğunu ifadə edən Fondun vitse-prezidenti onların ailə dəyərlərini və mədəni ənənələrin qoruyucusu olduqlarını deyib.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin elm, təhsil, səhiyyə, mədəniyyət və ekologiya kimi vacib sahələri əhatə etdiyini, ötən dövr ərzində bu istiqamətlərdə yerli və beynəlxalq layihələrin həyata keçirildiyini söyləyib. O, çıxışı zamanı ortaq dəyər olan Xəzər dənizinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalması probleminə də toxunaraq deyib: “Xəzərin səviyyəsinin azalması nərə balığı, qızıl balıq və suitilər kimi dəniz canlılarının həyatına ciddi təsir göstərir. Xəzər sularının çirklənməsi onların vəziyyətini ağırlaşdırmaqda davam edir. Bu, birlikdə mübarizə aparmalı olduğumuz qlobal problemdir və mən dənizimizi xilas edə biləcəyimizə inanıram”.

Digər çıxışçılar qadınların cəmiyyətdəki rolundan danışaraq, onların mədəni dəyərlərin, adət-ənənələrin və əxlaq qaydalarının əsas daşıyıcısı və qoruyucusu olduqlarını bildiriblər. Davamlı inkişafa nail olmaq üçün qadın potensialının siyasi və iqtisadi həyata maksimum cəlb edilməsinin vacibliyini vurğulayan çıxışçılar belə konfransların çoxtərəfli dialoq üçün mühüm platforma olduğunu diqqətə çatdırıblar. Qadınların potensialının tam reallaşmasına mane olan problemlərin aradan qaldırılması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın möhkəmləndirilməsi zəruriliyi qeyd olunub.

Konfrans işini panel iclaslarla davam etdirib.

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak etdi – FOTOLAR Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak etdi – FOTOLAR Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak etdi – FOTOLAR Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak etdi – FOTOLAR

Oxşarxəbərlər

Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK
CƏMİYYƏT

Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK

20/06/2026 12:56
56
Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək
CƏMİYYƏT

Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

20/06/2026 12:35
50
Nazir Dilqəm Məhərrəmova vəzifə verdi – FOTO
CƏMİYYƏT

Nazir Dilqəm Məhərrəmova vəzifə verdi – FOTO

20/06/2026 12:23
50
Azərbaycan mediasında yeni eranın kodu: Vahid idarəetmə və rəqəmsal güc
CƏMİYYƏT

Azərbaycan mediasında yeni eranın kodu: Vahid idarəetmə və rəqəmsal güc

20/06/2026 12:16
57
Yumurta bu gün də 1 qəpikdir
CƏMİYYƏT

Yumurta bu gün də 1 qəpikdir

20/06/2026 11:36
53
Ümumdünya Qaçqınlar Günü: Didərginlik bitir, ədalət bərpa olunur
CƏMİYYƏT

Ümumdünya Qaçqınlar Günü: Didərginlik bitir, ədalət bərpa olunur

20/06/2026 11:15
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK

Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK

20/06/2026 12:56
56
Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

20/06/2026 12:35
50
Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ

Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ

20/06/2026 12:32
50
Nazir Dilqəm Məhərrəmova vəzifə verdi – FOTO

Nazir Dilqəm Məhərrəmova vəzifə verdi – FOTO

20/06/2026 12:23
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
65

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.