Bu ilin may ayında nadir astronomik hadisə baş verəcək.
Gündəm24.az xəbər verir ki, may ayının 1-i və 31-i tarixlərində tam ay tutulması yaşanacaq.
Bu nadir hadisə bir neçə ildən bir baş verir. Səbəb isə Ayın Yer ətrafında dövr etmə müddəti ilə bağlıdır.
Ay Yer ətrafında tam dövrünü təxminən 27,3 günə vurur, lakin Yer Günəş ətrafında hərəkət etdiyi üçün bu müddət təxminən 29,5 günə çatır.
Əgər təqvim ayı 31 gündən ibarət olarsa və ilk tam ay tutulması ayın 1-nə düşərsə, ikinci tam ay tutulması ayın son gününə təsadüf edir.
Bununla belə, astronomlar üçün tam ay tutulması o qədər də arzuolunan deyil, çünki Ayın parlaq işığı ulduzları müşahidə etməyi çətinləşdirir. /RİA/














