Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Erkin Rəhimov təyin olunub.
Bu barədə Gündəm24.az -a TƏBİB-dən məlumat verilib.
Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə isə Dinar Qəhrəmanova təyin edilib.
Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Fərəh Qaraqurbanlı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə Tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Əhmədova təyin olunub.















