İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi Küveyt Hava Limanının sərnişin terminalındakı dağıntının İran hücumu deyil, Amerika Patriot sistemindəki nasazlıq səbəbindən baş verdiyini iddia etdi. Lakin Küveyt İranın hava limanını hədəf aldığını, hücumda bir nəfərin öldüyünü və 63 nəfərin yaralandığını bildirib və hadisənin görüntülərini paylaşıb.
Gündəm24.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi Küveyt Beynəlxalq Hava Limanının sərnişin terminalının İran raketi ilə deyil, ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemindəki nasazlıq nəticəsində vurulduğunu iddia edib.
Onun sözlərinə görə, aparılan araşdırmalar göstərib ki, İran raketlərini ələ keçirməyə çalışan “Patriot” raketi hədəfi vura bilməyərək terminala düşüb. Mühibbi bildirib ki, İnqilab Keşikçiləri Korpusu həmin obyektə heç bir zərbə endirməyib.
Buna baxmayaraq, Küveyt rəsmiləri İranın Küveyt Beynəlxalq Hava Limanını hədəf aldığını, hücum nəticəsində bir nəfərin öldüyünü, 63 nəfərin yaralandığını və bir sıra həyati əhəmiyyətli obyektlərə, o cümlədən diplomatik nümayəndəliklərə ziyan dəydiyini açıqlayıb.
Küveyt Mülki Aviasiya İdarəsi isə terminalın vurulduğu anı əks etdirən təhlükəsizlik kamerası görüntülərini yayımlayıb.
Sədaqət Həsənova













