Bazar ertəsi, İyul 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik nədir?

21/03/2026 20:16
Sağlamlıq
54 1
Son vaxtlar Azərbaycanda yayılan xəstəlik nədir?
70
Baxış sayı

Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalarda özünü göstərir və sağaldıqdan sonra yenidən qayıtdığı iddia olunur.

Demokrat.az xəbər verir ki, infeksionist Mərdan Əliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, hazırda müşahidə olunan xəstəliklər, əsasən, kəskin respirator virus infeksiyaları ilə bağlıdır:

“Bu qrup xəstəliklərə qripəbənzər infeksiyalar daxildir və adətən, burun axması, boğaz ağrısı, öskürək, burun tutulması və bir çox hallarda qızdırma ilə müşahidə olunur. Daha ağır hallarda isə əzələ və sümük ağrıları da yarana bilər”.

Həkim qeyd edib ki, insanlar arasında müxtəlif əlamətlərin müşahidə olunması tək bir virusla bağlı olmaya bilər:

“Bu əlamətlər bir virusun əlaməti olmaya bilər. Çünki bəzən eyni vaxtda bir neçə virus dövrədə olur. Ümumiyyətlə, bu qrup xəstəlikləri təxminən 200-ə qədər virus törədir. Bu səbəbdən insan bir virusdan sağaldıqdan sonra digərinə də yoluxa bilər”.

Onun sözlərinə görə, bəzi hallarda müşahidə olunan göz qızartısı adenovirus infeksiyasına xas əlamətlərdən biri hesab olunur:

“Bu zaman qızdırma və gözdə qızartı müşahidə olunur ki, buna konyunktivit deyirik. Eyni zamanda, burun axması və digər əlamətlər də olur. Bu, adətən, uşaqlarda daha yüksək qızdırma verir. Boğaz ağrısı, bəzən angina kimi hallar da müşahidə edilə bilər”.

İnfeksionist əlavə edib ki, bəzi xəstələrdə səs tutulması da qeydə alınır və bu daha çox paraqrip virusları ilə əlaqəli olur:

“Bundan əlavə, influenza, yəni mövsümi qrip virusu da daha ağır gedişlə müşahidə oluna və əzələ ağrıları ilə özünü göstərə bilər”.

Həkim insanların tez-tez xəstələnməsi və ya xəstəliyin yenidən qayıtması məsələsinə də aydınlıq gətirib:

“Bu, əksər hallarda eyni virusun təkrarlanması ilə deyil, müxtəlif viruslara dalbadal yoluxma ilə bağlı olur. İnsan bir virusa yoluxur və həmin vaxt immun sistemində zəifləmə müşahidə olunur. Bu səbəbdən növbəti virusa daha asan yoluxa bilər. Eyni virusa qısa müddətdə yenidən yoluxma çox rast gəlinən hal deyil. Çünki xəstəlikdən sonra orqanizmdə müəyyən immunitet yaranır, anticisimlər əmələ gəlir”.

Mütəxəssis vətəndaşlara mövsümi virus infeksiyalarından qorunmaq üçün gigiyena qaydalarına riayət etməyi, xəstə şəxslərlə təmasdan mümkün qədər uzaq durmağı və simptomlar uzun müddət davam edərsə, həkimə müraciət etməyi tövsiyə edib.

Oxşarxəbərlər

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
Sağlamlıq

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test

11/07/2026 23:18
54
Dərmanı harada saxlamaq lazımdır? – CAVAB
Sağlamlıq

Dərmanı harada saxlamaq lazımdır? – CAVAB

10/07/2026 09:22
64
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
Sağlamlıq

Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı

05/07/2026 11:36
57
Həftəsonu çox yatmağın sağlamlığa zərərləri
Sağlamlıq

Həftəsonu çox yatmağın sağlamlığa zərərləri

29/06/2026 07:19
56
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Sağlamlıq

Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət

27/06/2026 13:12
58
Hansı kərə yağı daha yaxşıdır? – 72,5, yoxsa 82,5 faiz?
Sağlamlıq

Hansı kərə yağı daha yaxşıdır? – 72,5, yoxsa 82,5 faiz?

26/06/2026 22:12
64

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlk dəfə sertifikatlaşdırmaya cəlb olunan fənlər üzrə nəticələr AÇIQLANDI

İlk dəfə sertifikatlaşdırmaya cəlb olunan fənlər üzrə nəticələr AÇIQLANDI

13/07/2026 14:12
50
Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər

Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər

13/07/2026 14:00
50
Sabah Milli Məclisin son iclası keçiriləcək

Sabah Milli Məclisin son iclası keçiriləcək

13/07/2026 13:19
50
Deputatdan Mirşahinə cavab: “Televiziyalara baxmayan insan tərbiyəsiz deyil”

Deputatdan Mirşahinə cavab: “Televiziyalara baxmayan insan tərbiyəsiz deyil”

13/07/2026 13:09
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
69

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
73

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
78

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In