Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əvvəllər Ermənistan və Azərbaycan iş adamları mallarla bağlı məlumatları hökumətlər vasitəsilə ötürürdülər, lakin artıq buna ehtiyac yoxdur.
Gündəm24.az xəbər verir ki, onun sözlərinə görə, indi hər iki ölkənin sahibkarları birbaşa əməkdaşlıq edə bilərlər.
O, həmçinin qeyd edib ki, qarşılıqlı ticarət olunan məhsulların çeşidi gələcəkdə arta bilər, amma bu barədə hələ konkret razılaşma yoxdur.
Paşinyan əlavə edib ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ilə görüşən iş adamlarının adlarını açıqlamır. Çünki onların müəyyən dairələrin təzyiqi ilə üzləşməsini istəmir.
Bundan başqa, Paşinyan Azərbaycanın ərazisindən tranzitlə Ermənistana taxıl və gübrə göndəriləcəyini də açıqlayıb./KONKRET.az













